Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:28

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Festivalında iştirak edəcək


Akademik Milli Dram Teatrı
Akademik Milli Dram Teatrı
Bu xəbəri Akademik Milli Dram Teatrının mətbuat xidməti AzadlıqRadiosuna verib.

Xəbərdə deyilir ki, teatr martın 12-də 11-ci Slaviya Beynəlxalq Teatr Festivalına qatılmaq üçün Belqrada yollanır.

Festival 2002-ci ildən bəri müntəzəm keçirilir.

«Slaviya – 2012» festivalının rəsmi açılış mərasimi 9 mart tarixində, yerli vaxtla saat 20.00-da baş tutub.

Festivalı giriş sözü ilə məşhur aktrisa Branka Veselinoviç açıb.

9-17 mart tarixlərində keçiriləcək festivalda Milli teatrla yanaşı, Rusiyanın, Rumıniyanın, Bolqarıstanın, Polşanın, İranın, Serbiyanın, Bosniya-Hersoqovinanın müxtəlif teatrları iştirak edəcək.

Akademik Milli Dram Teatrı Slaviya festivalında martın 14-ü yerli vaxtla saat 20.00-da H.Mirələmovun «Xəcalət» əsəri əsasında hazırlanmış «Xəcalət» tamaşası ilə çıxış edəcək.

«Xəcalət» tamaşasının quruluşçu rejissoru Əməkdar İncəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Xalq Artisti Səyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır.

Xəbərdə vurğulanır ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb etdiyi üçün Akademik Milli Dram Teatrı bu tamaşanın xarici ölkələrdə nümayiş olunmasına xüsusi önəm verir.

Tamaşada Xalq Artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, Əməkdar Artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Məzahir CəlilovXədicə Novruzlu iştirak edir.
XS
SM
MD
LG