Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:41

Əfv sərəncamı icra olunur


4 saylı cəza çəkmə müəssisəsi
4 saylı cəza çəkmə müəssisəsi
Martın 16-da Ədliyyə Nazirliyinin Penitensiar Xidməti prezidentin əfv sərəncamının icrasına başlayıb. AzadlıqRadiosunun müxbiri xəbər verir ki, səhər saatlarında təxminən 300 nəfərin saxlandığı 4 saylı qadın cəza çəkmə müəssisəsindən əfv olunan 1956-cı il təvəllüdlü Rəna Məmmədova buraxılıb.

Əfvin icrasında Ombudsman Elmira Süleymanova, Penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanov və əfv komissiyasının nümayəndəsi iştirak edir.

Martın 15-də Prezident İlham Əliyevin Novruz bayramı ilə əlaqədar imzaladığı sərəncam ümumilikdə 62 nəfərə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş ümumilikdə 55 nəfər cəzanın çəkilməmiş hissəsindən, 6 nəfər, cərimə cəzasından, 1 nəfər isə islah işlərindən azad edilib.

Siyahıda 2 aprel məhbuslarından yalnız Elnur İsrəfilovun adı var. «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli də buraxılanlar arasındadır.

Bu, Azərbaycan müstəqillik qazanandan 51-ci əfv fərmanıdır. Əfv fərmanları ilə 5376 nəfər azadlığa buraxılıb. İndiyə qədər 9 amnistiya aktı ilə isə 100 minə yaxın adam azadlığa çıxıb.

Ombudsman Elmira Süleymanova bildirib ki, bu vaxta qədər əfv olunanların 367-si onun müraciəti əsasında buraxılıb. Bu dəfə onun müraciəti ilə 16 nəfər azadlığa çıxıb.
XS
SM
MD
LG