Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:31

Məşhur dramaturqun pyeslərinin ilk nəşrini oğurlayan şəxs həbsxanada öldü


Shakespeare
Shakespeare
Britaniyalı Reymond Skott (Raymond Scott) kamerasında ölü tapılıb.

Bu həmin Skottdur ki, dahi Şekspirin pyeslərinin ilk nəşrini oğurlamaqda təqsirli bilinib həbsxanaya atılmışdı.

The Daily Mail qəzetinin verdiyi xəbərə görə, polislər Skotun ölümünün cinayət olduğunu düşünmürlər.

Qəzet təsdiq olunmayan məlumata görə, ölümün özünə qəsd kimi nəzərdən keçirildiyini yazır.

Kitab Şekspirin vəfatından 7 il sonra nəşr olunubxKitab Şekspirin vəfatından 7 il sonra nəşr olunub

Sky News isə Skotun boğazının kəsildiyini bildirir və əlavə edir ki, müstəntiqlər dustağın ölümünü şübhəli saymırlar.

Xatırladaq ki, Reymond Skot 2010-cu ildə Şekspirin pyesinin ilk nəşrini oğurladığına görə həbs olunmuşdu.

O kitabı 1998-ci ildə Daremdə universitet sərgisindən oğurlayıb.

İstintaq Vaşinqtondakı Şekspir kitabxanasının müraciətinə görə onun izinə düşüb.

Skot kitabı satmazdan öncə ekspertizadan keçirmək üçün bura üz tutubmuş.

Kitab 1623-cü ildə - Şekspirin vəfatından 7 il sonra nəşr olunub.

Dünyada o nəşrdən təxminən 200 nüsxə qalıb.

Kitab öz sahiblərinə - Daremdəki universitetə qaytarılıb.

Amma təəssüf ki, Skot iz azdırmaq üçün kitabın üz qabığını və titul vərəqini cırıb.
XS
SM
MD
LG