Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:33

«Freedom House» ziyalılara təzyiqləri pisləyir


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
«Azərbaycan hakimiyyəti ziyalılara təzyiq göstərməkdə və azadlıqları boğmaqda davam edir».

«Freedom House» təşkilatının martın 23-də yaydığı bəyanatında belə deyilir.

Təşkilat həbsdə olan Bəxtiyar Hacıyevin ailəsi və onu müdafiə edənlərə qarşı təzyiqlərə diqqət çəkir.

«Freedom House» bildirir ki, Gəncə Dövlət Universitetinin müəllimi, Bəxtiyar Hacıyevin qohumu Fikrət Hacıyev onun məhkəməsində iştirak etdikdən sonra təzyiqlərlə üzləşib.

Bəyanatda qeyd olunur ki, Neft Akademiyasının professoru Rafiq Əliyevin də kafedra müdirliyindən uzaqlaşdırılması onun Bəxtiyar Hacıyevin həbsi və ölkədə insan hüquqlarının vəziyyəti barədə açıq danışmasından sonra baş verib.

«Freedom House» hesab edir ki, Azərbaycanda seçkili demokratiya yoxdur, ölkədə ifadə azadlığı basqı altındadır.

2011-ci il mayın 18-də Gəncənin Nizami rayon Məhkəməsinin hökmü ilə Bəxtiyar Hacıyev 2 il azadlıqdan məhrum edilib. O, hərbi xidmətdən yayınmaqda ittiham olunur.
XS
SM
MD
LG