Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:50

Rokçu Camal Əli azadlığa çıxdı [VIDEO]


Rokçu Camal Əli azadlıqda
Gözlə

No media source currently available

0:00 0:04:31 0:00
Direct-ə keçid

Rokçu Camal Əli azadlıqda

Martın 27-də «Bulistan» qrupunun ifaçısı Camal Əli 10 sutkalıq cəzasını çəkib qurtarandan sonra buraxılıb.

O, Səbail rayon Polis İdarəsində saxlansa da, Binəqədidəki Müvəqqəti Saxlama Təcridxanasından buraxılıb.

C.Əli AzadlıqRadiosuna bildirib ki, Səbail rayon Polis İdarəsində 10 gün hava üzü görməyib. Buraxılmamışdan 3 saat əvvəl isə sənədləşmə ilə əlaqədar onu Binəqədidəki Müvəqqəti Saxlama Təcridxanasına aparıblar. Elə ordan da sərbəst buraxıblar.

C.Əli polis idarəsində 2 dəfə döyüldüyünü bildirib:

«Məni döyənlər deyirdilər ki, səni başa salırıq».

C.Əli polislərin ona münasibətinin yaxşı olduğunu, onu döyənlərin isə kənardan gələnlər olduğunu deyib. Apelyasiya Məhkəməsindən sonra isə döyülməyib.

C.Əli sonrakı fəaliyyəti haqqında deyib ki, «azadlıq əladır, bundan sonra nə edəcəyimə isə hələ qərar verməmişəm».

C.Əli martın 17-də Bakıda keçirilən mitinqdə saxlanmışdı. Səbail rayon Məhkəməsi onun barəsində 10 sutkalıq inzibati həbs cəzası çıxarmışdı.
XS
SM
MD
LG