Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:57

Suriyada ölənlərin sayı 9 mini keçib


Homs şəhərinin yaxınlığında dəfn mərasimi, 23 Mart 2012
Homs şəhərinin yaxınlığında dəfn mərasimi, 23 Mart 2012
Suriyada keçən ilin martından indiyə qədər baş verən qarşıdurmalarda həlak olanların sayı 9 min keçib. Ölənlərin çoxu isə dinc sakinlərdir.

Bu haqda BMT baş katibinin Yaxın Şərqdəki xüsusi nümayəndəsi Robert Serry məlumat verib.

BMT-nin rəqəmlərinə görə, Suriyanı 200 minə qədər adam tərk edib.

Martın 27-də açıqlanıb ki, Suriya BMT-nin və Ərəb Birliyinin nümayəndəsi Kofi Annanın planını qəbul edib. Plana görə, yaralıların köçürülməsi və humanitar yardımın çatdırılması üçün Suriya qoşunlarının gündə iki saat atəşkəs elan etməsi də daxil olmaqla problemin siyasi həllinə nail olunacaq. Toqquşmalar dayandırılacaq, mülki şəxslər müdafiə olunacaq. Bütün münaqişə bölgələrinə humanitar yardımlar çatdırılacaq. Mediaya ölkə ərazisində sərbəst gəzmək hüququ veriləcək, toplaşma azadlığı təmin olunacaq.

ABŞ dövlət katibi Hillary Clinton Bashar Assadin sülh planını qəbul etməsinə münasibət bildirib. Bundan əvvəl də verdiyi vədlərə işarə edərək deyib ki, «verilən qərarların səmimi qərarlar olduğunu sübut etmək üçün hökumət bunları yerinə yetirməlidir».

Suriyada prezident Bashar Assadin istefası tələbi ilə bir ildən çoxdur ki, etiraz aksiyaları və qanlı qarşıdurmalar davam edir.
XS
SM
MD
LG