Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:36

Mozartın «Cosi fan tutte» operası Azərbaycan səhnəsində göstəriləcək


Dövlət Akademik Opera və Balet Teatrı
Dövlət Akademik Opera və Balet Teatrı
Aprelin 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Wolfgang Amadeus Mozartın məşhur «Cosi fan tutte» («Hamı belə edir») operasının premyerası keçiriləcək.

Bu xəbəri «APA» teatrın mətbuat xidmətinə istinadən yayıb.

Tamaşa ilk dəfədir ki, Azərbaycan səhnəsində göstəriləcək.

Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın xalq artisti Cavanşir Cəfərov, quruluşçu rejissoru Ukraynanın tanınmış opera rejissoru Nikolay Tretyak, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi Yusif Babayev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, rəqslərin quruluşçusu Azərbaycanın xalq artisti Mədinə Əliyeva, konsertmeysteri əməkdar artist Məlahət İsmayılovadır.

Tamaşada teatrın gənc solistləri Fəridə Məmmədova, Səbinə Əsədova, Fərid Əliyev, Anton Ferştandt, əməkdar artistlər İnarə BabayevaƏkrəm Poladov iştirak edirlər.

Xatırladaq ki, Mozart (1756-1791) 36 illik ömründə 626 əsər yazıb.

O, məşhur «Türk marşı»nın (Ronda alla Turca) da bəstəçisidir.

«Cosi fan tutte» opera-buffa—şən, məzəli opera janrındadır.

Operanın əsl adı «Bütün qadınlar belə edir və ya Sevənlər məktəbi»dir («Cosi fan tutte, ossia La scuola degli amanti»).

Mozart operanı 1789-cu ildə yazıb.

1790-cı ildə operanın Vyanada—Burqteatrda ilk tamaşası olub.

İlk tamaşanın dirijoru dahi bəstəkarın özü olub.

Mozart operanın ancaq Vyanada və Praqada tamaşaya qoyulduğunu görə bilib.

Bəstəkar 1791-ci ildə dünyasını dəyişib.
XS
SM
MD
LG