Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:37

Charlie Chaplinin şlyapası...58 minə satıldı


Charlie Chaplin
Charlie Chaplin
Beverly Hills-də düzənlənən ikigünlük «Hollivud əfsanələri» satış salonu öz işini yekunlaşdırıb.

Satışı «Julien's Auctions» hərrac evi təşkil edib.

«France-Presse» Agentliyi hərracın ikinci gününün ən səs-küylü satışının Charlie Chaplin-lə bağlı olduğunu vurğulayır.

Balaca Çarlie-nin məşhur şlyapası əl ağacı ilə birlikdə satışa çıxarılıb və birinci 58 min dollara, ikinci isə 42 min dollara satılıb.

Satışda diqqətçəkən başqa şeylər də olub.

Əfsanəvi Hollivud ulduzu William Clark Gable-ın «Küləklə sovrulanlar» («Gone with the Wind») filmində at sürərkən geydiyi frenç nə az-nə çox, düz 57 min 600 dollara alıcı tapıb.

Hərracın birinci günündə şahzadə Diananın 1992-ci ildə geydiyi şifon paltarı (modelyer Katrin Uokker) 108 min dollara alıblar.

Satışda müğənni Whitney Houston-un paltarları və bəzək əşyaları da olub.

Müğənninin «Cangüdən» («The Bodyguard») filmində taxdığı sırğa 2880 dollara satılıb.

«Julien's Auctions»un növbəti satışı bu il iyunun 8-də olacaq.

Yay hərracında 2009-cu ildə 94 yaşında vəfat etmiş əfsanəvi musiqiçi Les Paul-un əşyalarının satılacağı xəbər verilir.
XS
SM
MD
LG