Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:28

9 mənzil 36 yazıçı arasında necə bölünəcək?


Azərbaycan Yazıçılar Birliyinin binası
Azərbaycan Yazıçılar Birliyinin binası
Azərbaycan Yazıçılar Birliyi (AYB) 9 mənzili 36 yazıçı arasında bölüşdürmək fikrindədir.

Bu xəbəri APA-ya AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu bildirib.

Onun sözlərinə görə, AYB-yə 2004-cü ildən «Abidə» firmasının Bakının Zərgərpalan küçəsində tikdiyi 120 mənzildən ibarət binasında 9 mənzil verilib:

«Azərbaycan Yazıçılar Birliyinin mənzil siyahısında 40-dan artıq adamın adı var. Mənzil verilməsi 36 nəfərə şamil edilib. Bu qərarın birlik rəhbərliyinə aidiyyatı yoxdur. Yazıçılar Birliyinin nəzdində bununla bağlı komissiya yaradılıb. Komissiyanın sədri Birliyinin həmkarlar təşkilatının sədri Füruzə Məmmədlidir. Komissiyanın qərarı ilə mənzilə ehtiyacı olan yazıçıların hər birinin istəyinin ödənilməsi qərara alınıb».

9 mənzilin 36 yazıçı arasında necə bölünəcəyinə gəlincə, Ə. Əsgəroğlu bildirib ki, sözügedən bina şəhərin mərkəzində yerləşdiyindən ordakı mənzillər yaxşı qiymətə satıla bilər:

«Mənzillərin ümumi həcmi 945 kvadrat metrdir. Qərara əsasən, 1 mənzil 4 nəfər arasında bölünəcək. Həmin pula onlar şəhərin başqa yerlərində özlərinə ev ala bilərlər. Mənzillərdən birini ancaq bir adamın alması, heç kimlə bölməməsi mümkün deyil. Çünki digər mənzilə ehtiyacı olanların da balaları var».

Ə. Əsgəroğlunun sözlərinə görə, mənzil sahibləri arasında püşk atılacaq və mənzilin qiyməti onun sahibləri arasında bərabər bölünəcək.

Ədalət Əsgəroğlu AzadlıqRadiosuna müsahibəsində xəbəri təsdiqlədi.

Müxbirin: «Mənzilləri ev sahibləri özlərimi satacaq» sualına belə cavab verdi:
«Bəli, bir mənzil 105 kvadratdır. Əgər, məsələn, onu 120 min manata sata bilsələr, hərəyə 30 min manat düşəcək. Düzdür, bu pula mərkəzdə ev almaq mümkün deyil, amma Masazırda mümkündür».

«Mənzil sahibləri bu şərtə razıdırmı, bəlkə bu 9 mənzil elə 9 adama veriləydi. Qalanlar da başqa vaxt alardı…» sualının cavabında isə AYB yetkilisi dedi:
«Hamı razıdır. Ən yaxşı çıxış yolu budur. Bir də bizə nə vaxt mənzil veriləcəyi bilinmir».
XS
SM
MD
LG