Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:29

15-ci nömrə «Eurovision» şousu üçün bütün əmlakını satıb


Arxiv foto
Arxiv foto
«Bakıda peşəkar şərtlərlə mükəmməl mahnı və şou göstərə bilməkdən ötrü hər şeyi satdım».

Bu sözləri Slovakiyanın «Eurovision - 2012» təmsilçisi Max Jason Mai söyləyib.
Xəbəri Eurovision.az saytı yayıb.

Slovakiya təmsilçisi «Bakı Kristal Zalı»nın səhnəsindəki çıxışının reseptini belə izah edir: «Maksimum səy + Maksimum şou + Maksimum performans».

Özünü bütün Avropaya tanıda bilmək üçün «Eurovision» fürsətini yüksək qiymətləndirən Max Jason Mai müsabiqədə iştirak edə bilmək üçün bir çox fədakarlıq göstərməli olub:
«RTVS televiziyası ilə imzaladığım müqaviləyə əsasən, «Eurovision»da iştirakımla əlaqədar bütün xərclərimi özüm ödəməli idim. Bakıda peşəkar şərtlərlə mükəmməl mahnı və şou göstərə bilməkdən ötrü hər şeyi satdım. Slovakiya kimi kiçik bir ölkə üçün bu müsabiqədə qalib gəlmək necə də böyük şansdır! Hələ də buna can atıram. Slovakiyada bir çoxları mənim dəli olduğumu düşünür. Mən isə onlara fikir vermirəm. Əksinə bundan qürur duyuram. Və inanıram…».

Xatırladaq ki, əsl adı Miroslavl Smajda olan Max Jason Mai 1988-ci il noyabrın 27-də doğulub.

Repertuarında pop, rok janrında musiqilərə üstünlük verir.

O, «Czechoslovak Idol» müsabiqəsinin ikincisi olub.

Max Jason Mai «Don't Close Your Eyes» adlı müsabiqə mahnısı ilə «Bakı Kristal Zalı»nın səhnəsinə mayın 24-də 15-ci çıxacaq.

XS
SM
MD
LG