Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:36

ABŞ prezidenti illik gəlirini açıqlayıb


ABŞ prezidenti Barack Obama 2011-ci il üçün gəlir bəyannaməsini elan edib.

Ağ Evin məlumatına görə, Barack Obamanın və birinci ledi Michelle Obamanın keçən il birlikdə gəlirləri 789 min 674 dollar olub.

Bu məbləğin yarısı Obamanın prezident kimi aldığı maaşdır.
Digər yarısını isə Obama yazdığı kitablardan qonorar kimi alıb.

Obama keçən il 166 min dollar vergi ödəyib.

Prezident və birinci ledi qazandıqlarının 22 faizini xeyriyyəyə veriblər.

Onlar 39 müxtəlif xeyriyyə cəmiyyətlərinə 179 min dollar pul veriblər.

Prezident ailəsi ən çox pulu müharibədə şikəst olan veteranlara kömək edən fonda verib.
XS
SM
MD
LG