Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:50

Əli Həsənov: «Biz partiyaları üç qrupa bölmüşük»


-

«BU LƏKƏDƏN XİLAS OLMANIN BİR YOLU...»
«Bizim yol» qəzeti yazır ki, «jurnalist idrak Abbasovun «linc» edilməsi ölkəyə başağrısı gətirəcək».
Qəzet İdrak Abbasovun informasiya toplayarkən döyülən yeganə jurnalist olmadığını qeyd edir. Hazırda Fransada mühacir həyatı yaşayan «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlillə bağlı hadisələri yada salınır və hesab edilir ki, «İdrakı da Aqil Xəlilin taleyi gözləyir».
Qəzet bu kimi hadisələrin Azərbaycanın beynəlxalq imicinə ciddi zərər vurduğunu qeyd edir:
«Bu ləkədən xilas olmağın bir yolu var-jurnalisti şikəst edən insanların cinayət məsuliyyətinə cəlb olunması».
«BİZ PARTİYALARI ÜÇ QRUPA BÖLMÜŞÜK»
Əli Həsənov
Əli Həsənov
«Siyasi partiyalar haqqında» qanunun müəlliflərindən biri, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyir ki, «Biz partiyaları üç qrupa bölmüşük». «Yeni Azərbaycan» qəzetində gedən yazıda Əli Həsənov deyib ki, «Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafı, dərinləşdirilməsi, getdikcə təmərküzləşərək ciddi siyasi instituta çevirilməsi nəzərə alınıb. Əli Həsənov Azərbaycan kimi kiçik dövlətdə 50 siyasi partiyanın çox olduğunu deyir. Partiyaların dövlət tərəfindən maliyyələşməsi zamanı əsas müxalifət partiyaları kimi tanınan AXCP və Müsavatın həmin maliyyələşmədən kənarda qalmasına gəldikdə Əli Həsənov deyib ki, «hesab edirəm təklif olunan dəyişikliklər bu partiyalarda növbəti seçkilərə daha yaxşı hazırlaşmaq üçün stimul yaradacaq».
«20-Cİ SAHƏ» - HAKİMİYYƏTLƏ MÜXALİFƏT PRİZMASINDA
«Azadlıq» qəzeti yazır ki, «İctimai Palata İlham Əliyevi ittiham etdi». Qəzetin yazdığına görə, İctimai Palata hesab edir ki, Nazirlər Kabinetinin son toplantısında İlham Əliyevin müxalifətin mitinq keçirdiyi yerlə bağlı aşağılayıcı fikir səsləndirməsi «İctimai Palata və müxalifətə münasibət kimi yox, sadə, yoxsul, amma tamhüquqlu vətəndaşa maddi imkanına, evinə, yaşadığı yerə görə verilən qiymət kimi dəyərləndirilir. Bu deyim hakimiyyətin 20-ci sahədə yaşayanları 2-ci növ vətəndaş hesab etdiyi, onları adam yerinə qoymaması sayılır».
İRANLA AZƏRBAYCAN ARASINDA...
«İranla Azərbaycan arasındakı münasibətlərdə gərginlik yaratmaq istəyən amillər var». Bunu «Yeni Müsavat»a müsahibəsində İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami deyib.
Amma o hesab edir ki, «münasibətlərin inkişafı istiqamətində mövcud maneə və problemlərin hər iki ölkənin dövlət başçılarının əzmkarlığı və iradəsi ilə aradan qaldırılması üçün imkanlar mövcuddur».
«BİZ FƏXR EDİRİK Kİ...»
«Biz fəxr edirik ki, bu gün Azərbaycanın adı beynəlxalq aləmdə səslənir».
«Azərbaycan» qəzeti bu fikirləri Mehriban Əliyevanın Seçenov adına Birinci Moskva Dövlət Universitetinin fəxri professoru adına layiq görülərkən etdiyi çıxışdan gətirib:
«Əminəm ki, burdakıların əksəriyyəti bizim ölkəmizdə olub və mənim nə demək istədiyimi yaxşı başa düşürlər. Çünki 20 il tarixi baxımdan o qədər də böyük vaxt olmasa da, qısa müddət ərzində ölkəmiz böyük naliyyətlər əldə edib».
XS
SM
MD
LG