Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:33

Bakıda Rəşid Behbudovun heykəli ucaldılacaq


Rəşid Behbudov
Rəşid Behbudov
Prezident İlham Əliyevin sərəncamı ilə yaxın bir il ərzində Rəşid Behbudovun adını daşıyan küçədə onun öz heykəli ucaldılacaq.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir xatırladıb ki, hazırda R.Behbudov küçəsində xalq artistinin adını daşıyan 2 saylı onbirillik musiqi məktəbi və Mahnı Teatrı da yerləşir:

«Bununla yanaşı, küçədə yaxın vaxtlarda onun heykəli də ucaldılacaq».

Xatırladaq ki, əfsanəvi müğənni Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tbilisinin Şeytanbazar məhəlləsində doğulub.

Onun atası şuşalı Məcid Behbudov tanınmış xanəndə idi.

Anası—şöhrətli Vəkilovlar nəslinin nümayəndəsi Firuzə xanım isə dövrünün maarifçi qadınlarından olub.

Gələcəyin adlı-sanlı müğənnisi gənclik illərini Tbilisidə və Yerevanda keçirib.

Rəşid Behbudov Bakıya 1943-cü ildə köçüb.

Onun sənət ulduzu Bakı kinostudiyasının 1945-ci il istehsalı olan «Arşın mal alan» filmində Tacir Əskər rolunda çəkiləndən sonra parlayıb.

Rəşid bəy 1989-cu il iyunun 9-da Moskva xəstəxanalarının birində vəfat edib.

Məzarı Fəxri Xiyabandadır.
XS
SM
MD
LG