Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:44

Azərbaycan Cümhuriyyəti İstanbulda kimə heykəl qoyub?


AzadlıqRadiosunun aprelin 22-də saat 23-də efirə gedəcək «İz» proqramının qonağı MEA-nın Füzuli adına Əlyazmalar İnstitutnun şöbə müdiri prof. Fərid Ələkbərli olacaq. Verilişdə Vatikandan gətirilən məxfi sənədlər haqqında ətraflı məlumat verən Fərid bəy maraqlı bir nüansa toxunub. Sən demə, Azərbaycan Cümhuriyyəti 1919-cu ildə İstanbulda bir şəxsə heykəl qoymaq üçün təşəbbüs qaldırıb. Müsahibədən kiçik bir parçanı sizə təqdim edirik.
Aparıcı: Fərid bəy, Vatikandan gətirilmiş sənədlərdə, daha doğrusu, Azərbaycan hökmdarlarının Vatikanla yazışmalarında heç sizi təəccübləndirən, təsirləndirən bir məqam oldumu?
- Qəribədir ki, Vatikanda Azərbaycan Cümhuriyyətinə aid materiallar da var…
- Doğrudanmı?
- Bəli. İş orasındadır ki, artıq bu sənədlərdən bu qənaətə gəldim ki, Azərbaycanın Vatikanla və Roma imperiyasının qalıqlarından əmələ gəlmiş iki böyük kilsə ilə -Bizansda mövcud olan Ortodoks Konstantinopol kilsəsi və Kotolik kilsəsi ilə həmişə-Qafqaz Albaniyası dövründən bu yana sıx əlaqələri olub. Bizans özü Babək hərəkatına güclü kömək edib. Alban hökmdarı Cavanşirin də onlarla əlaqələri məlumdur. Orta əsr hökmdarlarının hamısının da Roma papaları ilə ilişgiləri olub. Amma məni təəccübləndirən nə oldu? Azərbaycan öz müstəqilliyini elan edəndən bir il sonra- 1919-cu ildə İstanbulda yerləşən Azərbaycan səfirliyi bu ənənəyə sadiq qaldı və Vatikanla
XV Benedikt
XV Benedikt
əlaqələr qurmaq fikrinə düşdü və İstanbuldakı Azərbaycan səfiri Yusif bəy Vəzirov (Yusif Vəzir Çəmənzəminli) Roma Papasına məktub yazır ki, təxminən bir il əvvəl rəhmətə getmiş XV Benedikt adlı Papanın heykəli İstanbulda qoyulsun. Azərbaycan hökuməti bunun tərəfdarıdır. Çünki o, sülhpərvər olub, Qərb ölkələrini həmişə sülhə çağırıb. Çalışıb ki, Osmanlı dövləti ilə Qərb arasında ixtilaf olmasın. Həmişə sülh, əminəmanlıq olsun. Və Xristianlıqla İslam arasında ədavət olmasın. Yəni bu şəxs sivilizasiyaları bir-biri ilə barışdırmaq yolunu tutub. Beləliklə, Yusif Vəzirovun belə xoşməramlı təklifi olub. Azərbaycan hökuməti də bu heykəlin qoyulması üçün pul ayırıb. Əlbəttə, Yusif Vəzirov bunu öz adından deməmişdi. Xalq Cümhuriyyəti ilə razılaşdırmışdı. Bunun barəsində bizim indiyədək heç bir məlumatımız yox idi. Bax, o sənədi də oradan gətirmişəm.
- Yəqin heykəl qoyulmayıb… Cümhuriyyət nə qədər yaşadı ki?
- Qoyuldu, qoyuldu… Amma necə? O qədər də böyük heykəl olmadı. İstanbulda yerləşən Katolik kilsəsinin həyətində Papa Benediktə heykəl qoyuldu. O heykəlin şəkli də var məndə. Düzdür, şəhərdə böyük bir heykəl qoymaq istəyirdilər. Amma sonra daha kiçik və kilsənin həyətində qoyuldu.
- Vəsaiti Azərbaycan Cümhuriyyəti verdi?
- Bəli. 1919-cu ildə…
Xatırladaq ki, Fərid bəylə geniş söhbət aprelin 22-də saat 23-də efirə gedəcək.
XS
SM
MD
LG