Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:57

Ziyafət Əsgərov xarici diplomatların müxalifətlə görüşündən danışıb


Ziyaf'ət Əsgərov
Ziyaf'ət Əsgərov
Azərbaycan Parlamentinin birinci vitse-spikeri Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslara müraciət edib.

«Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslara müraciət edirəm, əgər bəzi müxalifət liderləri ilə görüşlər ölkədə bərqərar olan ictimai-siyasi sabitliyi pozmağa xidmət edirsə, bu, bilavasitə Azərbaycanın daxili işinə qarışmaqdır», - Trend-in məlumatına görə, bunu aprelin 25-də jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, onlar Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması ilə əlaqədar söhbət edirlərsə, əlbəttə bu, diplomatiya statusuna sığan məsələ deyil və etikadan kənardır.

«Biz bu məsələyə biganə qala bilmərik. Diplomatların müxalifətlə görüşünə faciə kimi baxmırıq. Amma onlar niyə bu insanlarla görüşür, başqa kateqoriyadan olan insanlarla görüşmürlər? Nə üçün onlar Azərbaycanın 1 milyondan artıq məcburi köçkün və qaçqınları ilə görüşmürlər? Azərbaycanın sabitliyini pozmağa meyl edən qüvvələrlə görüşürlər. Deməli məqsəd həmin qüvvələri qızışdırmaqdır», - Əsgərov bildirib.

Aprelin 24-də 20-ə yaxın xarici diplomat İctimai Palata nümayəndələri ilə görüşüb. Avropa Şurasının Bakı ofisinin rəhbəri və Almaniyanın Azərbaycandakı səfiri də daxil olmaqla, toplantıda ATƏT-in Bakı nümayəndəliyi, ABŞ, Böyük Britaniya, İtaliya, Norveç və s. ölkələrdən olan diplomatlar iştirak edib. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, Avropa ilə Azərbaycan arasında münasibətlər və s. məsələlər müzakirə olunub.
XS
SM
MD
LG