Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:44

Bu gün «Beynəlxalq İKT Qızlar Günü»dür


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
700 şagirdi olan Lənkəran şəhər məktəbində cəmi 15 kompüter var və onun da ancaq 2-3-ü işlək vəziyyətdədir. Bərdənin Soğanverdilər kənd məktəbində isə 30-dan çox kompüter bağlı qapılar arxasında saxlanılır.

60 FAİZ KİŞİLƏR, 39 FAİZ QADINLAR

Bu fikirlər aprelin 26-da İREX və İMS (İnternational Media Support) təşkilatlarının birgə keçirdikləri «Beynəlxalq İKT Qızlar Günü» konfransında səslənib.

Həmin tədbirdə İREX-in sahə koordinatoru Günel Həsənova bildirib ki, Azərbaycanda kişilərin 60,8 faizi, qadınların isə 39,2 faizi İKT-dən (İnformasiya Kommunikasiya Texnologiyaları) istifadə edir. Ancaq Həsənova bu faktın 2010-cu ili əks etdirdiyini, ölkədə 2011-ci il üçün məlumatın hələ dəqiqləşmədiyini də əlavə edib. O, Azərbaycan qadınlarının ictimai-siyasi həyatında IKT-nin rolundan geniş bilgi verdi və bu sahədə ölkədə hələ də məhdudiyyətlərin olduğunu vurğuladı.

İCMA MƏLUMAT MƏRKƏZLƏRİ

Günel Həsənova bu məhdudiyyətlərin ən çox da bölgələrdə müşahidə edildiyinə diqqət çəkdi. İREX-in bölgələrdə qızlar üçün yaratdığı İcma Məlumat Mərkəzinin fəaliyyətindən və bu mərkəzlərdən 10 mindən çox gəncin istifadə etdiyini bildirdi.

Bölgələrdə İKT-yə mühafizəkar baxışın olduğunu bildirən bir gənc qız hətta konfransa qatılmağın müşkül işə çevrildiyini, atasından razılıq almaq üçün bir xeyli əziyyət çəkdiyini diqqətə çatdırdı.

Çıxışçılar bir nüansa da toxundular. Sən demə, Azərbaycanda ancaq 15-25 yaşlılar İKT-yə meyllidirlər.

İnkişaf etmiş ölkələrdə isə bu sahədə 60-70 yaşlılar üstünlükdədir.

İNFORMASİYASIZ CƏMİYYƏTİN FAYDASI?

Rabitə və İnformasiya Nazirliyinin Dövlət Müəssisələrinin Fəaliyyətinin Əlaqələndirmə Şöbəsinin müdir müavini Novruz Məmmədov isə ölkədə son illər İKT sahəsində baş verən yeniliklərdən danışdı, dövlətin bu sahənin inkişafında maraqlı olduğundan söz açdı.

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə dövlətin, əsasən də bölgələrdə bu sahədə qəsdən məhdudiyyətlər yaratdığını iddia etdi. Mehman Əliyevin fikrincə, informasiyasız cəmiyyətdə xalqı idarə etmək daha asan olur.
XS
SM
MD
LG