Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:55

Merkel Futbol Çempionatını boykot edə bilər


Angela Merkel
Angela Merkel
Almaniya kansleri gələn ay Ukraynada keçiriləcək Futbol üzrə Avropa Çempionatını boykot edə bilər.

Yerli mətbuat yazır ki, müxalifət lideri Yulia Tymoshenko azadlığa buraxılmadığı təqdirdə Almaniya kansleri Angela Merkel çemponatı boykot edə bilər.

Yulia Tymoshenkonun qızı Almaniya hökumətindən xahiş edib ki, 10 gün aclıq aksiyası keçirmiş anasının «həyatını xilas etsin».

Yulia Tymoshenko qadın koloniyasında
Yulia Tymoshenko qadın koloniyasında
​«Nə qədər gec deyil onun həyatını xilas edin», Eugenia Tymoshenko yerli mətbuata müsahibəsində deyib. O bildirib ki, anası ilə ölkəsinin taleyi birdir: «Əgər o ölərsə, demokratiya da onunla bərabər öləcək».

MERKEL NAZİRLƏRLƏ MƏSLƏHƏTLƏŞMƏ APARIR

52 yaşlı Yulia Tymoshenko 7 illik həbsə məhkum edilib. O, baş nazir olduğu müddətdə Rusiya ilə qaz anlaşması zamanı vəzifəsindən sui-istifadədə günahlandırılır.

«Der Spiegel» jurnalı yazıb ki, Merkel öz nazirləri ilə məsləhətləşmə aparır.

Hökumətin mətbuat xidməti «Der Spiegel»in məlumatına şərh verməkdən imtina edib.

Hökumətin sözçüsü Steffen Seibert ötən həftə bildirib ki, futbol azarkeşi olan Merkelin yarışlara qatılıb-qatılmayacağı açıq qalır. O əlavə edib ki, hökumət Timoşenko məsələsini yaxından izləyir.

Merkelin çempionatın digər ev sahibi olan Polşadakı oyunlara qatılacağı güman edilir.

Almaniya prezidenti Joachim Gauck ötən həftə elan edib ki, Timoşenko hadisəsinə görə, Avropa prezidentlərinin növbəti görüşündə iştirak etməyəcək. Gələn ay keçiriləcək görüş Ukrayna prezidenti Viktor Yanukovych tərəfindən təşkil olunacaq.
XS
SM
MD
LG