Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:32

İctimai Palata vicdan məhbuslarını azad etməyə çağırıb


Foto arxiv
Foto arxiv
“2011-ci il aprelin 2-də həbs edilənlərin hələ də azad olunmaması cəmiyyəti xof içində saxlamağın tərkib hissəsidir”.

İctimai Palatanın mayın 5-də yaydığı bəyanatda belə deyilir.

Bəyanatda qeyd olunur ki, “Eurovision” mahnı müsabiqəsini keçirmək hüququ qazandıqdan və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduqdan bu yana ölkədə vicdan məhbuslarının sayı azalmaq əvəzinə artıb.

İctimai Palata bir daha hakimiyyəti qanunsuz və ədalətsiz qərarları haqqında ciddi düşünməyə, dünyada sülh və barışığa töhfə verməyə və vicdan məhbuslarını dərhal azad etməyə çağırıb.
XS
SM
MD
LG