Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:48

Əli Həsənov:«Eurovision» Azərbaycan üçün tolerantlığını dünya ictimaiyyətinə çatdırmaqdır


Bu il Azərbaycan dünyanın ən çox diqqət mərkəzində olan dövlətdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ötən gün «The business year» jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının təqdimatında bildirib.

«İlk növbədə, bu il Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və sədrlik edir. Bu il Azərbaycan Prezidenti bu tribunadan Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, ümumiyyətlə, erməni vandalizmi barədə bütün dünyaya səsləndi. Bundan başqa, artıq ötən ildən bəri «Eurovision» ilə bağlı bütün dünyanın diqqəti Azərbaycandadır», Həsənov deyib.

PA rəsmisi qeyd edib ki, ötən il təmsilçilərimiz Eldar və Nigarın qələbəsi sayəsində belə möhtəşəm mahnı müsabiqəsi bu ay Azərbaycanda keçiriləcək.

PA rəsmisinin məlumatına görə, bu yaxınlarda Cenevrədə dünyanın bəzi QHT-ləri, mətbuat orqanları yığışıb ciddi-cəhdlə Avropa Yayım Birliyinə təzyiq göstərməyə çalışıblar ki, Azərbaycanda «Eurovision» keçirilməsin.

«Onlar iki-üç hadisəni şişirdərək bundan təzyiq yaratmaq üçün istifadə etməyə, ölkənin imicinə zərər vurmağa çalışırlar», - Həsənov deyib.

«Biz imicimizə ziyan vuran böhtanlara qarşı mübarizə aparmalıyıq. Azərbaycan mili-mənəvi dəyərlər, siyasi plüralizm və dini tolerantlıq baxımından bəzi Avropa ölkələrindən irəlidədir. Bunu qısqanclıqla qarşılayan bəzi qüvvələr ölkəmizin imicinə ziyan vurmağa çalışırlar», Həsənov vurğulayıb.

PA rəsmisi deyib ki, «Eurovision» Azərbaycan üçün mədəniyyətini, tolerantlığını dünya ictimaiyyətinə çatdırmaqdır.

«Bütün dünyaya göstərəcəyik ki, biz nəinki «Eurovision»u keçirə bilərik, hətta onu daha yaxşı təşkil edə bilərik. Bura gələnlər Azərbaycanın dostları kimi geri dönəcəklər», o, əlavə edib.

Həsənovun sözlərinə görə, «The business year» kimi belə nüfuzlu jurnal ikinci dəfə Azərbaycana xüsusi buraxılış həsr edir ki, bu da ölkəyə marağın yüksək göstəricisidir.
XS
SM
MD
LG