Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:57

Obama homoseksualların evlənməsinə pis baxmır


Barack Obama
Barack Obama
ABŞ prezidenti Barack Obama ABC telekanalına müsahibəsində ilk dəfə açıq şəkildə bildirib ki, homoseksual nikahların leqallaşdırılmasının tərəfdarıdır. Prezident deyib ki, bu onun şəxsi fikridir, bu məsələ ştatlar səviyyəsində həll edilməlidir:

«Mən bu mövzu üzərində çox götür-qoy edirdim. Ailəm, dostlarım və qonşularımla danışırdım. Mən öz komandamın üzvləri barədə düşünürdüm, eynicinsli nikahları var onların və biz uşaqlarımızı birlikdə tərbiyə edirik. Mənim adıma vuruşan əsgərləri, dənizçiləri düşünürəm, onlar öz evliliklərini təsdiq edə bilmirlər. Müəyyən məqamda özüm üçün nəticə çıxardım ki, homoseksual cütlüklər nikaha girmə haqqına sahib olmalıdırlar».

Bu müsahibədən əvvəl Şimali Karolinada eynicinsli nikahları qadağan edən ştat qanununa dəyişiklik edilib. Qanuna düzəliş evliliyin sadəcə kişi və qadın arasında baş tutmasının tanınmasını daha da möhkəmləndirib.

Buna oxşar konstitusiya dəyişiklikləri 30 ştatda da qəbul olunub. Yalnız Vaşinqton və daha 6 ştat eynicinsli şəxslərin evlənməsini leqallaşdırıb.

Homoseksualların hüquq müdafiəçiləri Obama'nı ABŞ prezidentləri arasında bu məsələyə müsbət yanaşan ilk şəxs kimi xarakterizə edirlər.

RESPUBLİKAÇILAR ETİRAZ EDİR
Mitt Romney
Mitt Romney

Amma onun bu müsahibəsi mühafizəkarların qanını qaraldıb.

Bu ilin noyabrında keçiriləcək prezident seçkisində Respublikaçılar Partiyasının mümkün namizədi Mitt Romney deyib ki, «nikah yalnız bir kişi və bir qadınla çərçivələnə bilər». O, eynicinslilərin nikahını «çox incə və həssas mövzu» olaraq təsvir edib.

«Gallup»un bu həftə keçirdiyi sorğuya görə, ABŞ vətəndaşlarının yarısı hesab edir ki, homoseksual cütlüklər də evlilik hüququna malik olmalıdırlar.

Barack Obama'nın prezidentliyi dövründə «Soruşma, demə» (Don't Ask, Don't Tell) prinsipi ləğv edilib. Bu prinsip Amerika ordusunda homoseksuallar və lezbiyanların xidmət etməsini qadağan edirdi.
XS
SM
MD
LG