Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:36

Elnur Aslanov: «İranın Azərbaycanın işlərinə qarışması xoşagələn hal deyil»


Elnur Aslanov
Elnur Aslanov
Azərbaycan gəncliyi İrana haqlı olaraq etirazını bildirir.

«Trend»in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

«İranın Azərbaycanın daxili işlərinə qarışması xoşagələn hal deyil. Azərbaycan özü heç bir dövlətin, ələlxüsus qonşu dövlətin daxili işlərinə qarışmır», - E.Aslanov deyib.

O qeyd edib ki, Azərbaycan bütün dünya subyektləri ilə bərabərhüquqlu və əməkdaşlıq çərçivəsində münasibətlər qurulmasının tərəfdarıdır:

«Bu baxımdan, gənclərin keçirdiyi aksiya İranın bəzi dairələrinin ortaya atdığı fikirlərə reaksiyası idi».

Mayın 11-də yüzdən çox gənc İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. «İrana ar olsun!», «İslam belə olmur!», «İranda 35 milyon azərbaycanlının hüquqları pozulur!» və s. şüarlar səsləndiriblər.

Bundan əvvəl - mayın 8-də isə İranın Təbriz şəhərindəki Azərbaycan konsulluğu qarşısında «Eurovision»a qarşı mitinq keçirilmişdi. Həmin mitinqdə Azərbaycan rəsmilərinin ünvanına sərt tənqidlər səslənmişdi.
XS
SM
MD
LG