Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:58

Dövlət qurumlarının saytlarının şəffaflıq faizi açıqlandı


Xalid Ağalıyev
Xalid Ağalıyev
-

Vergilər Nazirliyinin saytı 46, Müdafiə Nazirliyininki isə 8 faiz şəffafdır. Sənaye və Energetika Nazirliyi ilə Baş Dövlət Tikinti Müfəttişliyinin saytları isə ümumiyyətlə işlək deyil.

Media Hüququ İnstitutunun yaydığı «Dövlət qurumlarının onlayn şəffaflıq hesabatı»nda belə deyilir. İnstitut 68 dövlət qurumunun saytını monitorinq edib.

Monitorinq qrupunun rəhbəri Xalid Ağalıyev deyir ki, monitorinq saytlardakı məlumatlara çatım imkanı, onların tamlığı və aktuallığına əsasən aparılıb:

«Saytlardakı şəffaflığın səviyyəsi aşağı, orta, yüksək olaraq qiymətləndirilib. Heç bir dövlət qurumunun saytında şəffaflıq 70 faizdən yuxarı deyil. Bu o deməkdir ki, heç bir sayt yüksək səviyyədə şəffaf deyil. 68 saytın içərisində 17-si orta səviyyəli şəffafdır. Yəni, şəffaflıq səviyyəsi 30-70 faiz arasındadır. Ən şəffafı Vergilər Nazirliyinin taxes.gov.az saytıdır».
Qurumların adı Veb ünvan Şəffaflıq faizi
1

Vergilər Nazirliyi

www.taxes.gov.az 46.22%
2

Baş Prokurorluq

www.genprosecutor.gov.az 40.92%
3

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

www.mincom.gov.az 38.56%
4

Dövlət Sosial Müdafiə Fondu

www.sspf.gov.az 37.42%
5

Mərkəzi Bank

www.cbar.az 36.87%
6

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

www.dqmk.az 36.39%
7

Ədliyyə Nazirliyi

www.justice.gov.az 36.29%
8

Torpaq və Xəritəçəkmə Komitəsi

www.economy.gov.az 35.62%
9

Milli Məclis

www.meclis.gov.az 34.87%
10

İqtisadi İnkişaf Nazirliyi

www.dtxk.gov.az 35.32%

Dövlət Statistika Komitəsi, Dövlət Neft Şirkəti, Milli Televiziya və Radio Şurası, Prezidentin rəsmi saytı, Azərbaycan Televiziyası, Bakı Metropoliteni İdarəsi, Nazirlər Kabineti, Milli Təhlükəsizlik və Nəqliyyat nazirliklərinin saytlarının şəffaflıq səviyyəsi isə aşağı qiymətləndirilir.
XS
SM
MD
LG