Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:38

“Ən yeni ədəbiyyat” seriyasından daha bir kitab



“Ən yeni ədəbiyyat” seriyasından daha bir kitab işıq üzü gördü - Sayman Aruzun "Yüz il inqilab" romanı.

"Qanun" nəşriyyatında çıxan roman İran Azərbaycanının indiki durumuna güz­gü­dür – cə­miyyətin həyat tərzi, ictimai-siyasi və dini prob­lemləri əks olunur.

Romanın əsas obrazı olan Seyid uşaqlıq sevgilisi Ra­ziyə ilə zindanda üz-üzə gəlir. Raziyə milli azad­­lıq uğrunda döyüşənlərdən biridir.

Se­­yid məmur olduğundan Raziyəyə işgəncə verilməsini ona tapşırırlar.

Seyid Raziyəni gördükdə ürəyindəki uşaqlıq sevgisi yeni­dən alovlanmağa başlayır.

Seyidin teokratiyanın yalanlarından bərkimiş ürəyi sev­ginin qarşısında yumşalır.

Seyid teokratiyanın qay­dala­rına tabe ol­mur, rejimin tələblərinə əməl etmir.

O, ürəyinin hökmünə qulaq asır.

Raziyəni seçməklə milli azadlıq uğrunda mübarizə apa­ran in­sanların yanında olmağı qərar verir.

Sayman Aruz “Ən yeni ədəbiyyat” seriyasında kitabı nəşr olunan ikinci İran Azərbaycanı yazarıdı.
XS
SM
MD
LG