Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:51

Ərəb qadınları turistlərə qarşı


Arxiv foto
Arxiv foto

Sosial şəbəkələrdə "BƏƏ-də dress kod" adlı kampaniya başlanıb, yerli xanımlar ölkəyə gəzməyə gələnlərin açıq-saçıq geyinməsinə son qoyulmasını istəyir

Birləşmiş Ərəb Əmirliklərində iki qadın geyimlə bağlı kampaniyaya başlayıb. Onlar ölkəyə gələn turistlərin açıq-saçıq geyinməsinə qarşı çıxırlar.

AFP məlumat verir ki, Asma al-Muheiri və Hanan al-Rayyes adlı xanımlar sosial şəbəkələrdə “BƏƏ-də dress kod” adlı kampaniyaya start veriblər. Onlar ölkənin mədəniyyətinə hörmət olunmasını, həm geyimdə, həm də davranışda İslam qaydalarına riayət edilməsini istəyirlər.

Aksiyanı elan edən ərəb qadınları bir sıra Qərb ölkələrində müsəlmanların geyimlərinə qoyulan qadağaya etiraz edirlər. Onlar deyirlər ki, Dubaya gələn turist qadınlar qısa geyinir, hər yerlərini açıq qoyurlar. Bundan əlavə, qərbli gənclər ictimai yerlərdə öpüşürlər ki, bu da İslam mədəniyyətinə qətiyyən uyğun deyil.

Asma al-Muheirinin twitlərinə xeyli şərh gəlib. Qızın sözlərini dəstəkləyənlər və onun fikirlərinə qarşı çıxanlar da var. Kampaniyanın loqosu – qırmız dairənin içərisində təsvir edilmiş uzun, qara rəngli paltardır.

Yerli psixoloq Nadia Bouhanad deyir ki, bu kampaniya ərəb qadınlarının öz sosial dəyərlərini itirə biləcəklərindən qorxduğunu göstərir.

BƏƏ-də qadınların əksəriyyəti qapalı geyimdə gəzir. Kişilər isə "thawb" adı ilə tanınan ağ rəngli uzun plaş geyirlər.

İslamda spirtli içkilər qadağan edilsə də, ölkənin bir çox yerlərində - klublar, bar və restoranlarda alkoqol tapmaq mümkündür. Yerli marketlərdə donuz ətinə də rast gəlmək olur. Onun üzərində “qeyri-müsəlmanlar üçündür” yazılır.
XS
SM
MD
LG