Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:36

Avropa Yayım Birliyi "Eurovision" müsabiqəsilə bağlı məlumatı təkzib edib


Foto arxiv
Foto arxiv
Avropa Yayım Birliyi Eurovision mahnı müsabiqəsinin insan haqlarının pis olduğu ölkələrdə keçirilməyəcəyinin mümkünlüyü ilə bağlı mətbuatda gedən məlumatları təkzib edib.

Birliyin sözçüsü Karen Mazzoli bildirib ki, iyunda belə bir təklifin müzakirə ediləcəyi ilə bağlı yayılmış məlumat yalnışdır.

Şimal mediası bundan əvvəl belə bir məlumat yaymışdı.

Qaydaya görə 2013-cü ildə Eurovision mahnı müsabiqəsi builki qalib İsveçdə keçiriləcək.

Bir sıra hüquq müdafiə təşkilatları bu il müsabiqəyə ev sahibliyi edən Azərbaycanı insan haqları və söz azadlığının vəziyyətinə görə tənqid edib.
XS
SM
MD
LG