Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:43

Bəxtiyar Hacıyev: «Mən əfv ərizəsi yazmamışdım» - VİDEO


Bəxtiyar Hacıyev: «Mən əfv ərizəsi yazmamışdım»
Gözlə

No media source currently available

0:00 0:23:29 0:00
Direct-ə keçid

Bəxtiyar Hacıyev: «Mən əfv ərizəsi yazmamışdım»

«Ümumiyyətlə mən cəmiyyətin azad olmağını daha çox istəyərdim nəinki özümün fiziki azadlığımı»

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında yenicə həbsdən çıxmış gənc fəal Bəxtiyar Hacıyev deyib.

- Bu gün azadlığa çıxacağınızı gözləyirdinizmi?

- Ümidlərim böyük idi. Bilmirdim, amma təxmin edirdim ki, müsbət nəticə verə bilər.

- Əfv ərizəsini buna görə yazmışdınız?

- Mən əfv ərizəsi yazmamışdım, Azərbaycan Respublikası prezidentinə müraciət yazmışdım. O müraciətdə də əvvəllər səsləndirdiyim fikirləri səsləndirmişdim. Demokratik və hüquqi dövlət qurulmasını arzu elədiyimi, heç bir xarici dövlətin marağının öz dövlətimin marağından üstün olmadığını və s qeyd eləmişdim. «Mənim kimi gənc həbsdə olmamalıdır» yazmışdım və bu reallıq idi. Əgər azad olmağım üçün bunu mən də deməli idimsə düşündüm ki, mən də bildirməliyəm. Mən həbsdə nəinki özümə, ailəmə, yaxınlarıma, cəmiyyətə, dövlətə, heç kimə xeyir vermirəm. Mənim həbsim heç hakimiyyətə də xeyir vermirdi. Bu uzunmüddətli bir proses idi və hansısa ortaq məxrəcə gəlib bu problemi həll etmək lazım idi. Mən düşündüm ki, bu müraciətim müsbət nəticə verə bilər və mən müraciət elədim.

- Niyə məhz prezidentə müraciət etdiniz?

- Bir çox məsələlər yuxarıdan həll olunur. Biz ondan əvvəl dəfələrlə məhkəmələrə müraciət elədik və düşündük ki, bu məsələdə prezidentə müraciət olunarsa artıq məhkəmələr də fərqli qərarlar çıxara bilər və bu belə də oldu.

- O müraciəti öz istəyinizlə yazmışdınızmı?

- Mənə dəfələrlə əfv ərizəsi yazmaq təklif olunmuşdu və mən bundan imtina etmişdim çünki əfv ərizəsi yazmaq, o mətndə öz atdığım addımlardan peşmançılıq keçirmək və s. demək idi. Mən sadəcə bir müraciət elədim və müraciətdə də yeni bir fikir yox idi. Əvvəllər səsləndirdiyim fikirləri, tutduğum mövqeni açıqladım və sonda hamının bildiyi bir gerçəkliyi yazmışdım ki, mən həbsdə yox azadlıqda daha çox faydalı ola bilərəm.

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
- Bundan sonra nə planlaşdırırsınız? Azərbaycanda qalacaqsınız, yoxsa xaricə üz tutacaqsınız?

- Mən qısa müddət istirahət edəcəm, ondan sonra qərar verəcəm. Birdəfəlik Azərbaycandan getmək fikrim yoxdur, amma bir müddət xaricdə olmaq istəyərdim.

- Nəyə görə gedirsiniz xaricə?

- İş, istirahət, müayinə, müalicə və sairə görə.

- Sizə xaricə getməyə imkan verəcəklərmi? Sizin həbs olunmamışdan əvvəl bir xaricə getməklə əlaqədar çox problemləriniz vardı.

- Ümid edirəm ki, bu dəfə artıq həmin problemlər olmayacaq. Çünki bu 15 aylıq bir müddət göstərdi ki, bu qarşıdurma heç kimə fayda gətirmir. Tək Bəxtiyara yox, hətta bu qarşıdurmanın digər tərəflərinə də xeyir gətirmir. Bu gün Azərbaycana cəmiyyət daxilində anlaşma lazımdır, nəinki qarşıdurma.

- Birdən sizi də Cabbar Savalanlı kimi hərbi xidmətə göndərsələr?

- Cabbar Savalanlı narkotik maddə saxlamaqda ittiham olunmuşdu və o heç vaxt hərbi xidmətlə bağlı müqavimət göstərməmişdi. Amma mənim həbsimin səbəbi hərbi xidmətdən guya imtina etməyim olmuşdu və mən həm istintaq müddətində həm də məhkəmələrdə dəfələrlə qeyd eləmişəm və indi də qeyd eləyirəm ki, alternativ xidmət yolu ilə həmin borcumu ödəməyə hazıram. Düşünmürəm ki, mənim hərbi xidmət məsələm mənim həbsimə səbəb olmuşdu. Əsas məsələ o deyildi, o vasitə idi. Əgər azadlığa çıxmışamsa düşünmürəm ki, o problem yenə qaldırılacaq. Mən ümid edirəm ki, bu yaxınlarda əgər Milli Məclis alternativ xidmət haqqında qanun qəbul edərsə və qarşıma şərt qoyularsa ki, sən alternativ xidmət etmək istəmişdin buyur qanun da hazırdır, mexanizm də, mən böyük məmnuniyyətlə eləyəcəm bu xidməti.

- Birdən sizə təzyiq olaraq həmin məsələni yenidən qaldırsalar? Sizin fəaliyyətinizə bir sədd yaratmaq istəsələr?

- Mən gözləmirəm, çünki tək mənim yox vicdan məhbuslarının həbsdə olması hamıya göstərdi ki, bu problem heç bir tərəfə xeyir gətirmir.

- Bundan sonra hansı fəaliyyətlə məşğul olacaqsınız?

Bəxtiyar Hacıyev AzadlıqRadiosunda
Bəxtiyar Hacıyev AzadlıqRadiosunda
- Mən yəqin ki, əvvəlki fəaliyyətimi davam etdirəcəm, amma bir az fərqli yanaşmalarla. Həbs müddəti mənə müəyyən müsbət təsirlər də göstərib, müəyyən məsələlərdə səbrli və təmkinli davranmağı, nəticəni dəyişdirməyəcək hansısa emosional addımlar atmamağı və s. öyrədib. Həbsdən əvvəl hər addımda ürəyimi boşaldıb hansısa fikri demək istəyirdimsə və o nəticəyə təsir etmirdisə, indi yəqin ki bir az fərqli yanaşma olacaq.

- Sizin azad olunmağınızı son vaxtlar ABŞ dövlət katibi Hillary Clintonun səfəri ilə əlaqələndirirlər. Bu fikrə münasibətiniz necədir?

- Mən bu barədə bir şey deyə bilmərəm, çünki məhkəmənin tarixini mən təyin eləməmişəm. Məhkəmənin tarixi ali məhkəmə tərəfindən təyin olunub, proses mənim iştirakım olmadan başa çatıb. Qərarı mənə cəzaçəkmə müəssisəsində elan ediblər. Bu gün iki məhkəmə prosesi olub. Birinci məhkəmə prosesində iştirak eləmədim, azadlığa çıxdığıma görə ikinci məhkəmə prosesində ərizəmi geri götürdüm. Bu barədə deyə bilmərəm ki, bu birbaşa onun səfəri ilə əlaqəlidir, amma məndə məlumat vardı ki, o səfər zamanı mənim azadlığa buraxılma məsələmi qaldırmağı planlaşdırır, yəni onun gündəliyində var idi bu məsələ.

Verlişi tam olaraq dinlə:


XS
SM
MD
LG