Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:28

ARDNŞ-in Türkiyəyə qoyduğu investisiyaların həcmi 2 mlrd. dolları ötüb


Foto: Arxiv
Foto: Arxiv
Növbəti 7-8 il ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin energetika sektoruna 10 mlrd. dollar investisiya yatıracaq.

«APA»nın məlumatına görə, bunu XIX Xəzər Neft-Qaz Konfransında çıxış edən ARDNŞ-in iqtisadi məsələlər vitse-prezidenti Süleyman Qasımov bildirib.

O deyib ki, bu vəsait Trans-Anadolu qaz kəməri (TANAP) istisna olmaqla nəzərdə tutulub:

«TANAP-la birlikdə isə Azərbaycanın Türkiyənin energetika sahəsinə yatıracağı investisiyanın həcmi 17 mlrd. dollar təşkil edəcək».

S.Qasımov qeyd edib ki, indiyədək ARDNŞ Türkiyəyə 2.040 mlrd. dollar yatırım qoyub. Bundan başqa, şirkət «Petkim»ə 1.76 mlrd., Türkiyədə inşa olunan «STAR» neft emalı zavoduna isə 5-5.5 mlrd. dollar vəsait yatıracaq.
XS
SM
MD
LG