Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:36

Ramazanda olimpiada: oruc tutmalı yoxsa təxirə salmalı?


Foto: Arxiv
Foto: Arxiv
2012-ci ilin London Yay Olimpiadasında iştirak edəcək 3000 müsəlman idmançı dilemma qarşısında qalıb: Builki orucu tutmalı yoxsa pozmalı?

İyulun 27-dən avqustun 12-ə qədər davam edəcək olimpiadanın 17 günü tamamilə müsəlmanların müqəddəs Ramazan ayına düşür. Həmin ayda müsəlmanlar oruc tutur, günün işıqlı vaxtında yemək yemir, su içmirlər. Amma İslama görə, səfərdə olan müsəlmanlar oruclarını başqa vaxta keçirə bilərlər. Bəzi İslam alimləri deyirlər ki, Londona, olimpiadaya gedən müsəlman idmançılar oruclarını başqa vaxta keçirə bilərlər.

«AC QALMAMALIYIQ»

27 yaşlı əfqan taekvandoçu Nesar Ahmad Bahawi də yarışlar gedən dövrdə orucunu təxirə salacağını deyir:

«Çox vacib yarış olacaq. Olimpiya medalı qazanmaq hər bir idmançının arzusudur. Buna görə də biz ac qalmamalıyıq. Amma sonradan eyni sayda gündə oruc tutmaqla borcumuzu ödəyəcəyik. Çünki biz hər gün məşq edirik. Yarış gedən günlərdə oruc saxlamaq mümkün deyil, ən azı su içmək zəruridir».

Amma Səudiyyə Ərəbistanı, İran kimi bəzi mühafizəkar ölkələrin olimpiya komitələri idmançılardan oruc tutmağı tələb edə bilərlər. Bu cür ölkələrdə orucun təxirə salınması yaxşı
Foto: Arxiv
Foto: Arxiv
qəbul olunmur.

İslam alimi Siddiqullah Fedayi isə bildirir ki, «Quran» səfərdə olan müsəlmanların orucu başqa vaxta təxirə salmalarına icazə verir:

ƏSAS MƏSƏLƏ OYUNLARIN HARADA KEÇİRİLMƏSİDİR

«Burada əsas məsələ oyunların harada keçirilməsidir. Oyunlar idmançıların öz ölkələrində yoxsa başqa dövlətlərdə keçiriləcək? Yarış idmançının öz ölkəsində deyil, başqa bir yerdə keçirilirsə, ondan «Quran»da belə yazılır: «Xəstəsənsə, yaxud səyahətdəsənsə, orucunu başqa vaxta keçir».

Həkimlər də deyirlər ki, ac qalmaq idmançıların imkanlarını zəiflədə bilər.

Britaniyada çap olunan «Sports Medicine» jurnalının məlumatına görə, 2007-ci ildə Əlcəzairdən olan iki futbol komandası üzərində sınaq aparılıb.
İranın futbol üzrə qadınlardan ibarət milli komandası
İranın futbol üzrə qadınlardan ibarət milli komandası
Ramazan ayında oruc tutan idmançıların sürətlərində, çevikliklərində çox böyük ləngimələr olduğu aşkar edilib.

BƏLKƏ OLİMPİADA BAŞQA VAXT KEÇİRİLSİN?

Beynəlxalq Olimpiya Komitəsinin qidalanma qrupunun rəhbəri Ronald Mughan bildirir ki, London Olimpiadasının vaxtı və yeri az qala 10 il əvvəl müəyyən edilib:

«Əlbəttə, bu, çox ciddi məsələdir. Komitə hər hansı idmançının əlverişsiz vəziyyətdə qalmasını istəməzdi. Oyunların vaxtı çoxdan təyin edilib. Amma hələlik bu vaxtların hansısa idmançılara münasib olmaması barədə hər hansı müraciət daxil olmayıb».

Olimpiya Komitəsinin məlumatına görə, onlar Londonda oruc tutan idmançılar üçün də şərait yaradıblar. Belə idmançılar həm oruclarını acmaq, həm də səhər erkən gün çıxmamış yeməklərini yemələri üçün hər cür şəraitə malik olacaqlar.
XS
SM
MD
LG