Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:31

«Sərgüzəşti-Mirzə Fətəli Axundzadə»... Gənc Tamaşaçılar Teatrında


Mirzə Fətəli Axundzadə (1812 –1878)
Mirzə Fətəli Axundzadə (1812 –1878)
Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə «Sərgüzəşti-Mirzə Fətəli Axundzadə» milli teatr festivalı davam edir.

İyunun 1-dən 25-dək davam edəcək festivalda ölkənin 21 teatrından 24 səhnə əsəri təqdim olunacaq.

İyunun 14-dən 17-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin 4 əsəri nümayiş olunacaq.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidməti verib.

İyunun 14-də «Müsyö Jordan və dərviş Məstəli şah», iyunun 15-i «Sərgüzəşti-vəziri–xani-Lənkəran», 16-ı «Hacı Qara» və 17-i «Hekayəti xırs quldurbasan» tamaşaları göstəriləcək.

Xəbərdə vurğulanır ki, ətalət və gerilik, avamlıq və cəhalətin hökm sürdüyü XIX əsr Azərbaycanını əks etdirən «Müsyö Jordan və dərviş Məstəli şah» tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı əməkdar rəssam Tahir Tahirov, rəqslərin quruluşçusu Sənan Hüseynlidir.

Xarakterlər komediyası, bir çox yozumlarda və müxtəlif teatrlarda səhnələşdirilmiş «Sərgüzəşti-vəziri–xani-Lənkəran» tamaşasının quruluşçu rejissoru və səhnə tərtibatı xalq artisti Cənnət Səlimova, musiqi tərtibatı xalq artisti Cavanşir Cəfərov, rəqslərin quruluşu ZakirLeyla Ağayevlərə məxsusdur.

Xəsislik, yalançılıq kimi mənfi sifətlərin tənqid olunduğu «Hacı Qara»nın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam Altay Seyidov, rejissoru Sərvər Əliyev, musiqi tərtibatçısı İradə Muradovadır.

Qadın azadlığı və azad sevgini tərənnüm edən «Hekayəti xırs quldurbasan» tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.
XS
SM
MD
LG