Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:37

Mehman Hüseynov polisdə saxlandı... - [VİDEO]


Mehman Hüseynov polisdə saxlandı... - VIDEO
Gözlə

No media source currently available

0:00 0:04:04 0:00

Mehman Hüseynov polisdə saxlandı... - VIDEO

Foto-bloqqer, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynovu polis saxlayıb.

Bu barədə AzadlıqRadiosuna Mehman Hüseynovun vəkili Elçin Sadıqov məlumat verib.

Mehman Hüseynov iyunun 12-si saat 18 radələrində Səbail rayon Polis İdarəsinə ifadə verməyə gəlib və 3 saata qədər dindirildikdən sonra təqsirləndirilən şəxs qismində saxlanıb.

O, Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham olunur.

Vəkil Elçin Sadiqov deyir ki, 3 gün ərzində Mehman Hüseynov haqqında məhkəmə qərarının da çıxarılacağı gözlənilir:

«Bu cinayət işi saxtadır. Mehman Hüseynov özü də ifadəsində dedi ki, bu, onun jurnalist və «Eurovision» ərəfəsində «Demokratiya naminə oxu» kampaniyasında iştirakına görədir. Sifarişin də arxasında ölkə rəhbərliyi dayanır».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə AzadlıqRadiosuna bildirmişdi ki, mayın 21-də İctimai Palata BŞİH binası qarşısında razılaşdırılmamış aksiya keçirərkən Mehman Hüseynov polis əməkdaşlarına qarşı müqavimət göstərib:

«O, ictimai qaydanı kobud surətdə pozaraq, eləcə də cəmiyyətə açıq şəkildə hörmətsizlik edərək, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib, xuliqanlıq hərəkətlərinə yol verib. Mayın 29-da faktla əlaqədar Mehman Hüseynov barəsində Səbail rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə cinayət işi başlanılıb».

İttiham sübuta yetirilsə, Mehman Hüseynov 1 ilədək azadlıqdan məhrum də edilə bilər.
XS
SM
MD
LG