Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:30

AXCP üzvü Şahin Həsənli niyə əfv edilmədi?


Vəkil Əlayif Həsənov AXCP üzvü Şahin Həsənlinin əfv olunmamasını bir neçə amillə izah edir:

«Birincisi, həbsxanalarda siyasi və vicdan məhbusları olmasını inkar edən hakimiyyət azadlıqda mübariz adamların sayının çox olmasını istəmir. Mən bunu birinci dəfə deyirəm - əfv ərizəsi yazmaq üçün Şahin bəyə xeyli təkliflər olub. Onun ailə vəziyyətinin ağır olmasından, kirayədə qalmasından istifadə etmək istəyiblər, lakin Şahin Həsənli bu təkliflərə boyun əyməyib. Bəlkə də kimlərdəsə belə ümid var ki, o, əfvlə bağlı müraciət edə bilər. O, AXCP-nin önəmli simalarından biri kimi üzdə çox görünməsə də, həmişə təşkilatı məsələlərdə mühüm rol oynayıb. Görünür, onun bu fəallığı hakimiyyətin diqqətindən yayınmayıb, o, belə xüsusi münasibətə layiq görülüb».

İyunun 22-də prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncam ümumilikdə 66 nəfərə şamil olunub.

Cəzasının çəkilməmiş hissəsindən azad edilənlər arasında İctimai Palatanın aksiyaları zamanı saxlanılan 9 nəfər də var.

Hüquq müdafiəçisi Vidadi İsgəndərli və AXCP üzvü Şahin Həsənlinin adı əfv siyahısına salınmayıb.

Vidadi İsgəndərli 2011-ci il avqustun 27-də Göyçay rayon Məhkəməsinin qərarı ilə 3 il azadlıqdan məhrum edilib. O, seçki məntəqəsində səsverməni pozmaqda, məntəqə üzvləri ilə kobud rəftarda təqsirləndirilirdi.

Şahin Həsənli isə qanunsuz odlu silah saxlama ittihamı ilə 2011-ci il iyulun 21-də 2 il həbs cəzası alıb.
XS
SM
MD
LG