Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Əli Həsənov: «Şairlərin azad edilməsi üçün bütün addımları atırıq»


Şəhriyar del Gerani və Fərid Hüseyn
Şəhriyar del Gerani və Fərid Hüseyn
«Azərbaycan hakimiyyəti İranda həbsdə saxlanan azərbaycanlı şairlərlə bağlı beynəlxalq hüququn imkan verdiyi bütün addımları atır».

Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

«Əvvəla İran hökumətiylə danışıqlar aparırıq. İran hökumətinin onları nəyə görə və nəyin əsasında həbs etdiyini, onların taleyi ilə bağlı nə düşündüyünü müvafiq qurumlar öyrənir. O biri tərəfdən, bu insanların İranda saxlanması, sonrakı həyatı ilə bağlı beynəlxalq hüquq normalarına uyğun nə mümkündürsə, edilir».

İrandakı ədəbi tədbirlərdən birində iştirak üçün bu ölkəyə yollanan Fərid Hüseyn və Şəhriyar Hacızadə (del Gerani) iki aya yaxındır həbs olunublar. Bakının təkidlərinə rəğmən Tehran onların niyə saxlanması haqda ətraflı məlumat vermir.

İran mətbuatındasa Fərid Hüseyn və Şəhriyar Hacızadənin narkotik maddə qaçaqmalçılığında və İsrailə casusluqda təqsirləndirildiyi haqda məlumatlar yayılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi isə bu məlumatları təkzib edib.
XS
SM
MD
LG