Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:26

Neft Şirkəti qanunsuz tikililərlə bağlı təkliflər hazırlayır


Rövnəq Abdullayev
Rövnəq Abdullayev
Neft Şirkəti qanunsuz tikililərlə bağlı təkliflər hazırlayır. Yeni təkliflər qanunsuz tikililərlə bağlı çıxarılmış məhkəmə qərarlarına şamil olunmayacaq.

APA-nın məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev məlumat verib. Onun sözlərinə görə, prezidentin sərəncamına uyğun olaraq neft ərazilərindəki qanunsuz tikililərlə bağlı təkliflər hazırlanır. O, təkliflərdə təkcə indi istismarda olan qurudakı neft yataqları yox, həm də perspektiv yataqların mövcudluğu nəzərə alınacaq.

R.Abdullayev əlavə edib ki, prezidentin sərəncamı qanunsuz tikililərlə bağlı indiyə qədər aparılan məhkəmə işlərinin dayandırılmasına səbəb olmayacaq.

«Çünki indiyə qədərki bütün iddialar bu qanunsuz tikililərin hasilat zonasında yerləşməsi ilə bağlı olub. Hasilat zonasında yerləşməyən tikililərlə bağlı isə iddia qaldırılmayıb».

Neft şirkəti son illərdə neft ərazilərində tikililərin söküntüsü işinə başlayıb. Sakinlər tikililərinin heç bir əsası olmadan söküldüyünü, Dövlət Neft Şirkəti isə yalnız qanunsuz tikililərin söküldüyün iddia edir.
XS
SM
MD
LG