Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:38

Azərbaycan öz vətəndaşlarını İrana səfər məsələsində ehtiyatlı olmağa çağırdı


Tehranda Mehrabad Hava Limanı
Tehranda Mehrabad Hava Limanı
-
«İranda həbs olunmuş iki Azərbaycan vətəndaşının orada saxlanması davam edir. Təəssüf ki, bu günə qədər də Azərbaycan konsulluğunun əməkdaşlarına onlarla görüşmək üçün şərait yaradılmayıb».

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib:

«Əlbəttə ki, bu fakt bizi çox narahat edir. İki vətəndaşımızın həbsi bizi vətəndaşlarımıza xatırlatmağa məcbur edir ki, İrana səfər təhlükəsiz deyil».

Elman Abdullayev bildirib ki, İranda Azərbaycan vətəndaşlarının həbs olunması xoşagəlməz faktdır:

«Çünki vətəndaşlarımızla görüş istəyimiz - hansı ki bu hüquq beynəlxalq konvensiyalarda təsbit olunub – təmin olunmur. Lakin biz öz tərəfimizdən bu istiqamətdə işi davam etdiririk. Bu, bizim üçün bir nömrəli prioritetdir. Azərbaycan İranın vətəndaşlarımıza qarşı bu cür yanaşmasını anlamır. Biz hələ də vətəndaşlarımızın hansı cinayətləri törətməkdə ittiham olunduqları barədə rəsmi məlumat verilməyib».

Azərbaycanlı şairlər Fərid HüseynŞəhriyar Hacızadə festivalda iştirak məqsədilə getdikləri İranda həbs olunublar. Onların hansı səbəbdən həbs olunduğu barədə rəsmi açıqlama verilmir. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı İrana bir neçə dəfə rəsmi nota verib.
XS
SM
MD
LG