Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:00

«Qəflətən üstümə tökülüşüb başladılar vurmağa»


Laçın Məmişov
Laçın Məmişov
-
Bakı sakini Laçın Məmişov iyulun 20-də döyüldüyünü deyir. O, 1 saylı Klinik Xəstəxanaya yerləşdirilib. Xəstəxananın qəbul şöbəsindən verilən məlumata görə, Məmişov qapalı kəllə beyin travması, baş beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya daxil olub. Hazırda vəziyyəti normaldır.

«HAMISI QƏFİLDƏN ÜSTÜMƏ TÖKÜLÜŞDÜ»

Laçın Məmişov AzadlıqRadiosuna baş verən hadisəni belə təsvir edir:

«Maşınımı geri verərkən başqa bir maşına yüngülcə toxundum. Həmin maşının sürücüsü ilə heç bir konfliktimiz olmadı. Düşdük, razılaşdıq, sağollaşdıq. Bir müddətdən sonra həmin maşına bir neçə nəfər yaxınlaşıb mübahisə etməyə başladılar. Yenidən başqa adamlar da gəldi və hamısı qəfildən mənim üstümə tökülüşdü. Başladılar vurmağa...».

Laçın Məmişov baş verən hadisənin əvvəlcədən planlaşdırıldığını iddia edir. Deyir ki, iyulun 19-da «Azərbaycan saatı» verilişində tənqidi müsahibəsindən sonra əvvəlcə onun maşınının qabağını kəsiblər:

«Mənə dedilər ki, guya mən 5 ay öncə onu vurub qaçmışam. Mən də dedim ki, mən bu maşını 4 ay öncə almışam».

«ŞAMAXIDAKI KORRUPSİYA FAKTLARI İLƏ BAĞLI MÜSAHİBƏ VERMİŞDİM»

Laçın Məmişov bu ilin mayında AzadlıqRadiosunun «İz» proqramına Sabirin Şamaxıdakı məqbərəsinin bərbad halda olduğu barədə məlumat verən şəxsdir:

«Həmin verilişdə məmurları tənqid eləmişdim. Sonra Şamaxıdakı korrupsiya faktları ilə bağlı, rayonun bərbad günə salınmasıyla bağlı «Azadlıq» qəzetində, «Azərbaycan saatı» verilişində tənqidi çıxışlarım olub. Şamaxıdakı məsciddən video çəkilmişdi, yəqin baxmısınız - o məscidin prezident obyekti olmasıyla bağlı və s. Satirik qəzəllərim də var. Ola bilsin, bunlara görədir...».

Hadisəni Binəqədi rayon polis şöbəsinin 7-ci polis bölməsinin təhqiqatçısı Elçin Əliyev araşdırır. Bölmədən bildirildi ki, təhqiqatın gedişində əlavə məlumat olarsa, ictimaiyyətə açıqlanacaq.
XS
SM
MD
LG