Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:29

80 ölkə BMT-dən silah satışına daha sərt nəzarət tələb edir



İyulun 26-da silah satışı razılaşmasına dair BMT qərarının layihəsi üzv ölkələrə paylanıb. Amma onlarla dövlətin təmsilçisi bunu olduqca zəif sənəd adlandıraraq dəyişdirilməsini tələb edirlər. Bu məqsədlə yaradılmış koalisiyaya artıq 80 dövlət qoşulub.

Bu qrupa daxil olan dövlətlər hesab edirlər ki, layihənin əhatə dairəsi genişləndirilməlidir. Onlar həmçinin sənədin dilinin olduqca qeyri-müəyyən olduğunu deyirlər.

Koalisiyaya BMT Təhlükəsizlik Şurasına üzv olan əsas ölkələr – Rusiya, Çin, Britaniya, Fransa daxil olmayıb.

Amnesty İnternational, Oxfam kimi beynəlxalq qeyri-hökumət təşkilatları da ABŞ prezidenti Barack Obamaya müraciət edərək sənəddəki boşluqların aradan qaldırılmasına yardım xahiş ediblər.

BMT-nin Baş katibi Ban Ki-moon da bəyanat yayaraq yeni razılaşma mətnin çox az dəyişməsindən narahatlıq ifadə edib.

Müzakirələr iyulun 27-də başa çatmalıdır.
XS
SM
MD
LG