Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:38

Əkrəm Əylisli "Ətirşah masan" (davamı - 4)


-

əvvəli

X. SƏNƏTKAR PROBLEM QARŞISINDA

O gün evdən çıxıb, o mitinqə gedəndə yenə Atilla Azərbəy arvadına həmin bəyanatı vermişdi: "Gedəcəyəm, gavur qızı, bir də qayıtmayacağam!". Və onun bu dəfəki bəyanatı üslubca əwəlkilərdən əsla fərqlənməsə də, məzmunca reallığa xeyli yaxın idi. Çünki - mənzilinin darısqallığı səbəbindən - yaradıcılıq üçün heç bir şəraiti olmamağı barədə Abdullanın on ildən bəri ora-bura yazdığı məktubların xoş xəbəri axır ki, çıxmışdı. Düz bir ay bir gün bundan qabaq Abdullanı Baksovetə çağırıb, ona şəhərin yaxşı biryerində birotaqlı mənzilin orderini vermişdilər. indi, düz bir ay bir gün idi ki, Atilla Azərbəy o xoş xəbərin sevincini təkcanına yaşayırdı və bu sevincini o, Yerüzünün bir nəfər də bəni-insanı ilə bölüşmək niyyətin-də deyildi, çünki öz təzə mənzilində Abdulla (ürəyində illər boyu gizlicə gəzdirdiyi) o KƏND QIZI ilə təzə bir xoşbaxt həyat başlamalıydı və onun bu yeni həyatın-dan heç vaxt heç kəsin xəbəri olmamalıydı.

...Və indi çiyni çantalı Sülünün tribuna istiqamətində başladığı çətin yürüşə altdan-altdan göz qoyan fatalist sənətkarımız özündəki möhtəşəm cazibə qüwəsinin o qızı gec-tez geri qaytaracağına tam arxayın idi və onun - ürəyində öz-özünə dediyi - ovsun duasına bənzəyən qəribə sözlər də bunu bir daha təsdiq edirdi: "Məndən gedərmi oldun, yavrum. Çox getmə, onsuz da qayıdacaqsan. Səni Yazı Yazan bana yazdı. O yazını kimsə pozamaz. Bağrım başında yerin sıcaqdı, solmaz çiçəyim mənim. Bağrım başı ocaqdı, körpə quzum, onu sənin odunnan bu gün Tanrı qaladı. Qayıt bana, qayıt, mələyim. Onsuz da qayıdacaqsan...".

Sülü isə adamların sıxlığında artıq gözdən itmişdi. O, bu gün Aslan Ağrıdağı mütləq görməliydi, çünki bura - bu "Azadlıq" meydanına Sülünü Aslan Ağrıdağ çağırmışdı və Sülü üçün - Məkkədən, Mədinədən əziz - bu "Azadlıq" meydanının özü də Aslan Ağrıdağsız yolu-rizi, yurdu-yuvası olmayan nəhayətsiz bir səhraydı və bu gün bü səhrada Sülüyə məlum məsəfədir ki, yalnız Aslan Ağrıdağ bələdçilik edə bilərdi. Və o tribunanın mümkün qədər yaxınlığına yanaşan Sülü oradakı adamların arasında Aslan Ağadağın olmadığını görüb, birdən-birə əməllicə sarsıldı.Bu gecəni, söz yox ki, Sürəyya elə bu meydanda da gecələyə bilərdi. (Bu meydanı gecələr də tərk etməyən "fədakar insanların" barəsində, hələ kənddə ikən , Sülü hər şeyi eşidib-bilirdi). Ancaq, Sülüyə görə, onun kənddən gəlməyindən Aslan Ağrıdağın məhz bu gün və mütləq xəbəri olmalıydı. Bir yandan da axşamtərəfi, Ha-va korlanmağa başlayırdı.

Və əli Ağrıdağdan üzülmüş dilxor Sürəyya öz uğursuz yürüşündən geri dönəndə "IRREH MÜƏLÜMİ" bayaqkı yerində görüb, bu dəfə doğrudan da çox sevindi.
-Mən sizi bir yazıçıya oxşadıram. - Sülü birbaşa bəyan elədi.
Atilla Azərbəy çox ciddi görkəm aldı:
- Hansı yazıçıya, qızım? - Abdulla "qızım" sözünü xüsusi həzz ilə söylədi, çünki bizim milli ideoloq onu seksuallıq cəhətdən cəzb eləyən bütün qadın qisminə (yaşdan asılı olmayaraq "qızım" deyirdi və sənətkarın bu xatakar xasiyyəti onun iş yerində də hamıya malum idi.
- Siz Atillasız da - Atilla Azərbəy. Bəyəm düz demirəm?
- Oyam, oyam! - Atilla Azərbəy bu yerdə çox ətacı bir gülüş nümayiş etairdi və nədənsə məhz bu məqamda hiss elədi ki, bir-iki saat əwəl vurduğu arağın dəmliyindən indi canınca heç nə qalmayıb.
Əlini Sülüyə uzatdt. - Tanış olaq! ATİLLA AZƏRBƏY!
Sülü də əlini ona uzadıb: - SÜRƏYYA ƏTİRŞAH! - dedi və lap indicə, ilk dəfə ağlına gələn bu təxəllüsün qeyri-adi ahəngdarlığına özü də heyran qaldı. - Siz Aslan Ağrıdağı tanıyırsız?

Bu yerdə Atilla Azərbəyi elə bil qaşınma tutdu. Səsini də, ləhcəsini də birdən-birə dəyişib:
- Elə şey olurmu, - dedi, - ağrın aleym! Aslan Ağrıdağı tanımamaqmı olur? -İndi onu harda tapmaq olar?
-Ağrıdağımı, quzum? - Sənətkar dərin fikrə getdi. - Neynirsən ki, Ağrıdağı?
- Məni o çağırıb bura. Demişdi ki, "Azadlıq" meydanına gələrsən. Orda bizə lazım olacaqsan.
-Harda demişdi?
-Rayonda demişdi də. Mitinqdə.Bayaq danışırdı orda. İndi yoxdu yerində. -Fərq etməz, sabah taparıq Aslan Ağrıdağı. (Ürəyində isə sənətkar belə ərz elədi: "Bu gecəni biz sənnən bir takım əmişərik inşallah!") . -İndi tapammarıq? - Sülü ağlamsınan kimi oldu.

-Sabah mütləq taparıq. Gedək, gəzinək bir az. - Bu sözləri qətiyyətlə deyən fatalist sənətkarımız, həmin qətiyyətlə də əlini irəli uzadıb, Sürəyyanın çiynindəki çantanı alıb öz çiyninə saldı.

Bu minvalla (düz yanm saatdan sonra) Sülü bu dünyanın ilk şəhər evinin qapısından ilk dəfə içəri girdi. Bu şəhərdə Sülünün ilk "romanı" da bəlkə Abdulla Zərbəliyevin düz bir ay bir gün əwəl aldığı o təzə mənzilində başlaya bilərdi. Ancaq taxsır Sürəyyada olmadı, Atilla Azərbəyin fatalist etiqadının bu dəfə birdən-birə fıs çıxmağında oldu: elə qapını açıb içəri girər-girməz sənətkarın, görməmişcəsinə, qızı qəfildən basmarlamağı heç vaxt heç nədən qorxmayan Sülünü əməllicə qorxutdu.

-Qoy bir əl-üzümüzö yuyaq da! - Bu sözləri Sülü temperamentli sənətkanmızın qüwətli qollarının arasında yaralı quş kimi çırpına-çırpına dedi və elə bir qorxunc səslə dedi ki, Abdullanın qolları o saatca boşaldı. - Burda hardadı tualet?

Atilla Azərbəy əwəl hər şeyin yerini qıza göstərdi. Sonra otağa qayıdıb, gündüz, mitinqə gedəndə açdığı araq şüşəsinin dibində qalmış arağı son qurtumunacan içib, aşiqanə bir ovqatda çarpayıya uzandı.

...Sonra Atilla Azərbəyin burnuna olduqca xoşagəlməz bir iy dəydi və elə o iydən də onun sənətkar ömrünün hədsiz xəcalətlə dolu bir səhifəsi üzə çıxdı: kənddən şəhərə gəldiyi birinci gün bir uzaq qohumunun evində gecələyən yazıq Abdulla (unitazın təyinatını bilmədiyindən!) tualetdə kəndqaydası, yerdə oturub, öz mənfur işini görmüşdü. Və o hadisəni hər dəfə yadına salanda, lap indinin özündə də Abdulla o unitazı icad eləyənin yeddi arxa o yandakı nəsilbənəslinə lənət oxuyurdu. İndi burnuna dəyən o iy Atilla Azərbəyin bütün tərcümeyi-halını bir andaca üfunətə qərq elədi. O, burnunu bərk-bərk sıxıb, eləcə - uzanmış halda bir müddət vəziyyətdən çıxış yolu axtardı. Sonra qalxıb qorxa-qorxa koridora baxdı və Sülünün çantasının əvvəlki yerində olmadığını görüb, hamamın, tualetin qapılarını qeyz ilə dartıb açdı: qız heç yerdə yox idi!.. Unitazın qırağında (oxuculardan min dəfə üzr istəyirəm!) bir topa "o şey" görünürdü və elə o şeyin özündən də tualetin divarına, iri (iyli!) hərflərlə "IRREH MÜƏLLİM" sözləri həkk olunmuşdu.

XI. ƏLAHƏZRƏT TƏSADÜF

Sürəyya Ətirşahın bu, ilk paytaxt sərgüzəşti, gördüyümüz kimi, millətsevər sənətkarımızın çox ciddi bir problemlə üz-üzə qalması ilə nəticələndi. Ancaq bu problem, hal-hazırda, məni qətiyyən maraqlandırmır. Bu saat məni düşündürən tamamilə başqa şeydir: Sülününbundan sonrakı Bakı sərgüzəştlərini ardıcıl təfsi-latla aələmə alım, voxsa almavım?.. Və mənim belə bir cətin sual aarsısında nal¬mağımın bir səbəbi budur ki, Sürəyya Ətirşahın bundan sonrakı sərgüzəştlərində nəyin təsadüfi, nəyin qanunauyğun olduğunu anlamaqda həqiqətən çətinlik çəki-rəm. Çünki mənim qandığıma və inandığıma görə, hər cür inqilabi hərəkat döv-ründə bütün təsadüflər qanunauyğun, bütün qanunauyğunluqlar təsadüfidir. Məsələn, paytaxta qədəm qoyduğu birinci gün Sülünün o "Azadlıq" meydanında məhz Atilla Azərbəylə görüşməyi, sizcə, sırf təsadüf idi, yoxsa burda nəsə qanunauyğun bir şey də vardı - axı, o Atilla Azərbəy təkcə keçmiş zamanın Abdulla Zərbəliyevi deyildi, bu adam həm də bizim HƏBIB HƏSRƏTİN , bu Bakı şəhərin-də, bir vaxt ən yaxın dostu olmuşdu və Həbibin sizə malum olan ilk kitabının təəs-sübkeşi və redaktoru da məhz - indi Atilla Azərbəy kimi tanınan-həmin o Abdulla Zərbəliyev idi. Yaxud: elə o gün xalqın millətsevər sənətkarını o təhər pis vəziy-yətdə qoyub, xəlvətcə aradan çıxanda Sürəyya Ətirşahın (elə ilk tini burulan kimi!) Aslan Ağrıdağla rastlaşmağı və hələ bu da azmış kimi, onun (yəni Sülünün) öz şerlərini elə həmin gecə BOYÜK BƏYİN şəxsən özünə oxumağı!.. Və əgər inqila¬bi hərəkata qoşulanların həyatı büsbütün təsadüflərdən ibarət deyildisə, Bakıya gəlməyindən cəmi üçcə gün keçmiş orta təhsilli Sülü tanınmış bir qəzetdə necə işə düzələ bilərdi və heç yerdə heç bir pasport qeydiyyatı olmayan Sürəyya Ətir-şah, kənddən gəlməyindən heç iki il də keçməmiş, Bakı şəhərində nə yolla və hansı əsasla mənzil sahibi ola bilərdi?..

Və 1990-cı ilin qanlı yanvar gecəsi - MİRZƏ XƏZƏR Münhendən zəng eləyəndə o sanballı qəzetin redaksiyasında telefonun dəstəyini niyə məhz Sürəyya Ətirşah götürməliydi və: "Mən şairəm. Mən jurnalistəm. Ruslar millətimizi keçi kimi bəyirtdilər" - formasında qısa, alovlu, milli ruhlu cümlələr nəyə görə dünya efirinə məhz SÜRƏYYA ƏTİRŞAHIN səsiynən yayılmalıydı?.. Və əgər bu bivəfa dünyada təsadüflə qanunauyğunluq bir bezin iki qırağı deyildisə, onda nəyə görə 1991-ci ilin ilk baharında Yazıçılar Birliyində, hələ lap təzəcə təsis olunmuş, "Sarı dana" mükafatını (ilk dəfə) "525-ci qəzetdə çıxan "Çəpiş olmaq istəyirəm" adlı lirik poemanın müəllifi Sürəyya Ətirşah almalıy-dı?.. Və 1996-cı ilin parlament seçkilərində IRREHPE partiyasından deputatlığı qeydə alınan 11 nəfər ırrehpeçinin içindən niyə məhz Sürəyya Ətirşahın namizədliyi bütün instansiyalardan şıppıltıyla keçməliydi?..
Bəli, ƏLAHƏZRƏT TƏSADUF, Zamanın Hökmü ilə, ZƏRURƏT taxtına çıx-mışdı və məsələnin ən maraqlı tərəfi burasıydı ki, Sörəyyanın uğurlarını qanuna-uyğun hesab edənlərin sayı, bu uğuriarı təsadüfün ayağına yazanların sayından hələlik cəmi ikicə adam miqdarında fərqlənirdi ki, bu adamlardan birinin ƏTİR-ŞAH MASAN olduğunu təsəwürə gətirmək bir o qədər də çətin deyil. Bəs bunun ikincisi kim idi?..

Mən bunu lap bəribaşdan deyə bilərəm ki, o adam Sülünün anası SOLMAZ deyildi, çünki Sülünün anası Solmaz, hələ Sülü kənddə ikən, Dubayda (bir vaxt Moskvada mühəndislik təhsili alıb, indi Səudiyyə Ərəbistanında çeçen mücahidlərinin və əfqan mübarizlərinin finans işlərilə məşğul olan ) ABDULLAX ƏL-ƏB-DÜL ƏL-LƏTİF İBN-BAKR adlı bir yəmənli ərəbə ərə gedib, hal-hazırda Sudanda yaşayırdı və deməli, o Solmazın Surəyya Ətirşahın heç bir işindən xəbəri ola bilməzdi. Sülünün bütün bu uğurlarını Əlahəzrət Təsadüfün ayağına yazıb, cəmiy-yətin bu məsələyə Münasibətindəki tam tarazlığı pozan - bəlkə indi kölgədə qal-mış şair Həbib Həsrət idi? Yox, əksinə: indi Həbib Sürəyya Ətirşahın şan-şöhrə-tinə hamıdan çox qibtə eləyirdi və bir vaxt onu almadığına görə gündə bir neçə dəfə, yana-yana, başına-gözünə döyürdü. Bu halda güman yeri Sülünün 30 ildən bəri türmələrdə can çürüdən atası ASLAN ola bilərdi ki, bu da xalis möcüzəydi. Çünki "Sürəyya Ətirşah" deyilən bir adamın məhz qnun qızı olduğunu Aslana heç kəs deməmişdi. Və o Sürəyya adının yanında "ƏTİRŞAH" sözü olmasaydı, qızı-nın şair və deputat olmağından, çox güman ki, Asian heç vaxt xəbər tutmayacaq-dı. Və 30 ildən bəri bu dünyanın '"türmə" deyilən qaranlıq aləmindən bir dəfə də səsi çıxmayan Asian lap bu son günlərdə kəndə, anası Masana olduqca qəzəbli bir məktub göndərib, o məktubun axsrında bu sözləri yazmışdı: 'Türmədən çıxan kimi birinci, o Solmazın bağırsaqlanm sağ əlimə dofayıb, Kor Bağırın qancıq itinə yedirdəcəyəm. (Sözə bax: guya Kor Bağırın qancıq iti düz 30 ildi ki, oturub Asla-nın o türmədən çıxacağı günü gözləyirdi!) İkincisi, mtn cür binamus əməllərdən çı-xan o Sürəyya qancığın sağ qulaç nı dibindən kəsio. sol gözünün içinə dürtəcə-yəm. Səni də, qoca kaftar, qara kə'ənə büküb. diri-diri basdıracağam. Çünki bu işlərin hamısının baiskarı sənsən...".

XII. MƏKTUB

Poçtalyonun gündüz gətirdiyi o məktubu isti-isti Süsənbərə oxudub, gün uzunu öz-özünə deyinə-deyinə dolanan Ətirşah Masan indi, axşamtərəfi, rayon mərkəzindən təzəcə qayıtmtş Həbibi qabağmda otuzdurub, az qala bir saat olardı ki, Sürəyyaya məktub yazdırırdı. Və Ətirşah Masanın ağlına birdən-birə nə yerləşdisə, Həbibin bayaqdan bəri yazıb-doldurduğu kağızları qeyz ilə qa-marlayıb, cırıb bir tərəfə tulladı.

- Yox, Həbib, yox, bala! - dedi. - Bu yekəlikdə zoğalnaməni Bakıya yollamağın mənası yoxdu. O Aslandan o cür yazmaqda da, dinmə, günaha batdıq. Bir adamı ki, Allahın özü vurdu, gərək bəndə ona əl qaldırmasın. O Sülüriu də, de-yirəm, qorxutmayaq, yazıqdı. Aslanın kağızından da qoy heç xəbəri-zadı olma-sın. Qoy bilməsin ki, atası başkəsənin, qaniçənin biridi. Elə bilsin ki, bunun da atası adamdı, insandı - nə olar türmədə olanda... İndi kağız götür, başdan belə başla: "Əziz nəvəm Sülü"...

- Sürəyya! - Həbib qətiyyətlə düzəliş verdi.

-Yaxşı, Sürəyya olsun. Di yaz, tez ol!.. Əziz nəvəm Sürəyya. Sən Bakıya gedəndən neçə vaxtıydı ki, elə bilirdim nənəni tamam yaddan çıxartmısan. Ancaq bu axır vaxtlarda məni tez-tez yada salmağıdan görürəm ki, nənən yadından çıxmayıb. Sənin də baxtına bu yazılıbmış, bala: atalı-analı yetim böyümək. İndi, Allaha şükür, əlin çörəyə çatıb. Adın da hər yerdə məşhur olub. Buna görə sən-nən çox təvəqqe eləyirəm: qudurub həddini aşma. Baban Quduz Qəzənfərin yolun getmə - o vaxt onun zəhminnən bu kəndin camahatı gecələr evindən eşiyə çıxa bilmirdi. Çox yaxşı eləyirsən ki, day o kişiynən də qoz-qoz oynamırsan. Sənin qandığın nədi ki, durub o boyda kişinin başına ağıl qoyasan. Sənnən bir təvəqqəm də budu ki, adını jumalist qoyan hər cür iti-qurdu, qorma-qoduğu day göndərmə mənim qapıma. Sənin o qəzet yazannarının, kino çəkənlərinin əlindən mənim ətirşahlarımdan xeyir tapannar da day bu qapını açmaq isfəmir. O gün bir sürü adamı mənə telfun çəkməyə göndərmisən. Axı, mən telfunu neynirəm, a köpəyin qızı? Man o telfunnan baban Qəzənfərin goruynan danışacağam? Heç goru var ki, goru çattamışın!.. Bax, o taza televizoru göndərməkdə savab iş görmüsən. Hərşeyi qəşəng göstərir. Gecələr, işıq olanda, oturub kefinən baxıram. Yaxşı qansetdər verirlər. Ancaq o Faiq Ağayevi görsən, mənim sözümü çatdır ona. Deynən, oxuyanda dalın az oynatsın, kişi dalın oynadanda adamın ağlına pis-pis şeylər gəlir.
Bu yerdə Həbib qətiyyətlə qələmi yerə qoydu:
-Bunu yazmayacağam, - dedi:
- Niyə yazmırsan ki? - Masan təəccüblə soruşdu.
- Çünki ayıbdı belə şeyi yazmaq.
Bu dəfə Ətirşah Masan yaman hirsləndi:
- Sən mənə ağıl qoyursan, tərs köpəyoğlu!.. Götür yaz hər nə deyirəm. Mən yaxşı bilirəm ayıb nədi, ayıb olmayan nədi.
Həbib naəlac qələmi götürdü:
- Kişi dalın oynadanda adamın ağlına pis-pis şeylər gəlir... Hə, yazdım. Sonra nə yazım?
-Yaz ki, Murtuz Ələzgərovun iclaslarına da biz burda baxırıq.

Orda səni də həmişə görürük. Ancaq o iclasda oturanda bil, kimin yanında oturursan. O qara kişinin, nədi adı, Əhəd Əbiyevin yanında heç vaxt gedib oturma. Onnansa get Səməd Vurğunun o şələbığ oğlunun yanında otur. Necə olsa, kişi belinnən gəlib, ona görə də ondan sənə ziyan dəyməz. - Masan bir qədər fikrə gedib, sonra bərk-bərk başını silkələdi. - Yox, yazma, dayan!..
Həbib itaətlə:
-Dayanmışam, - dedi.
-Səməd Vurğunun şələbığ oğlu yazmadın ki? -Yox, hələ yazmamışam.
-Onda heç yazma onu... Yaxşı, bəs kimin yanında otursun o köpəyin qızı?
-Mənnən soruşursan?
- Bə kimnən soruşuram?

- Mənə qalsa, qoy getsin Zəlimxan Yaqubun yanında otursun, - Həbib sevinə-sevinə dedi. - Şair adamdı. Özü də iki dəfə Həccə gedib.
-Həccə gedənlər axı şorgöz olur. - Masan şübhəli-şübhəli dilləndi.
- Xeyir, hamısı şorgöz olmur, abırlıları da olur. Masan bir az da bədbinləşdi.
-Yox, - dedi, - at o yana. Yığışdır bu həcc söhbətin... Şələbığı yazmadın ki?
- Yazmamışam.
-Onda yaz ki, get kimin yanında oturursan otur. Ancaq nəbadə bir də gedib o Əhəd Əbiyevin yanında oturasan.
-Yazdım: nəbadə gedib bir də o Əhəd Abıyevin yanında oturasan.
Ətirşah Masan bir az susub, sonra qəhərli səslə yenidən diqtə eləməyə baş-ladı:
- O pulu da day göndərmə mənə, bala. Dədən Aslan 30 ildi türmədə yatır. İndi saç-saqqalı da yəqin ki, çoxdan ağarıb. İmkan tap, ona hərdənbir əl yetir. Şey-mey al çatdır ona, yesin o türmədə. Papros al, mer-meyvə al göndər. Uşaq vaxtı turş alçanı da qanfet kimi şirin-şirin yeyərdi goru çattamışın oğlu.

Bu yerdə Masanı qəhər boğdu, xeyli vaxt söz deyə bilmədK Həbib də, qələ-mi yerə qoyub, Masanın nə vaxt danışacağını gözlədi. Ancaq Masandan səs çıxmadı ki, çıxmadı. Sonra Həbib ehtiyatla:
-Day nə yazım? - dedi.
Ətirşah Masan səsi titrəyə-titrəyə:
- Yazdın da, - dedi, - day nə yazacaqsan ki?.. - Sabah rayona gedəndə tez-dən aparıb poçta salarsan. Cibində əzmiyəsən kağızı.

Və elə o gecə Həbib Ətirşah Masanın diqtəsilə yazdığı o məktubun mətnini, necə deyərlər, "ədəbi dilimizin tələbləri səviyyəsində" yenidən yazıb, ertəsi gün rayon mərkəzindəki poçtdan Sürəyya Ətirşaha belə bir məktub yolladı:

"Əziz və hörmətli nəvəm Sürəyya xanım!

Sənin Bakıdakı uğurların kənddə bizim hamımızı sevindirir. Ancaq məktub yazmadığına görə düşünürdüm ki, bəlkə məni unutmusan. Bağışla, səhv etmişəm. Son vaxtlar mənə göstərdiyin qayğı və diqqətə görə sənə olduqca minnətdaram. Arzu edirəm ki, həmişə irəli gedəsən. Bunun üçün, əlbəttə, daha təmkinli, daha ehtiyatlı və uzaqgörən olmalısan. Çalış ki, baban rəhmətlik Qəzənfər kimi özünə düşmən qazanmayasan. Çalış, cənab prezidentimizlə də yaxşı münasibət yarat. O, çox böyük siyasətçidir, uşaq-muşağın tayı deyil. Səndən bir xahişim də var: jurnalistləri və sənədli film çəkənləri bundan sonra kəndə gön-dərmə. İstəmirəm ki, mənim ətirşahlarımı dilə-dişə salıb, qəzetlərdə onların haqqında məqalə yazsınlar. Mənim evimə də telefon çəkdirməyə heç bir ehtiyac yoxdur. Ancaq təzə televizoru alıb göndərməkdə düz iş görmüsən. Köhnə televizor, bilirsən ki, necə pis göstərirdi. İndi təzə televizorda bütün proqramla-ra məmnuniyyətlə baxıram. Konsert proqramları çox xoşuma gəlir. Faiq Ağayevin ifasını bəyənirəm. Ancaq onun səhnədəki bəzi hərəkətləri məni qane etmir. Əgər sevimli xanəndəmizlə tanışlığın varsa, mənim bu xahişimi ona mütləq ye¬tir. Qoy, səhnədə artıq hərəkətlərə yol verməsin. Murtuz Ələsgərov cənablarının sədrliyi ilə keçən parlament iclaslarını da diqqətlə izləyirəm. Ancaq sənin o iclaslarda millət vəkili Əhəd Abıyevin yanında oturmağın əsla önəmlı deyil. Mümkünsə, Vaqif Səmədoğlu ilə Zəlimxan Yaqubun da yanında əyləşmə. Çalış, qadın deputatların yanında otur ki, bədxahlar adına ləkə yaxa bilməsinlər. Səndən son xahişim budur ki, 30 ildən bəri həbsxana həyatına məhkum edilmiş atan Aslanla əlaqə yaradıb, ona imkan daxilində maddi yardım çostərəsən.
Qardaşım oğlu Həbib müəllimin və onun həyat yoldaşı Süsənbsr xanımın da sənə çox-çox salami var.

Allah Azərbaycanımızı qorusun!

Səmimi hörmətlə: nənən Masan"

ÜÇÜNCÜ FƏSİL.

XIII. ÇƏPİŞ


Bakıda ola-ola, mümkün deyildi ki, Sürəyya atası Aslanın, barəsində heç vaxt düşünməyəydi. Ancaq üzünü görmədiyi atasının barəsincə Sürəyya yalnız deputat olandan sonra, vaxt tapıb, ardıcıl düşünməyə başlamışdı. Və üstəlik, az qala bütün ömrünü həbsxanalarda keçirən Aslandan, öz təsəvvüründə, Sülü -cürətli-cəsarətli, dönməz və-əyilməz bir mübariz insan obrazı da yarada bilmişdi. İlan qabığını dəyişən kimi, elə əvvəllər də, bir neçə dəfə, xasiyyətini - rəftarını dəyişən Sürəyya, deputat olduğu ilk gündəncə, inanılmaz, ağlasığmaz dərəcədə toxdayıb-oturuşmuşdu. Həm də yumşalmışdı, yaman yumşalmışdı: Sülünü əvvəldən tanıyanların indi heç birini heç cör inandırmaq olmazdı ki,məsələn, hər səhər yuxudan ayılanda atasını düşünməyi bir yana dursun, hətta ondan, yəni atası Aslandan ötrü Sülü, əsl övlad məhəbbətilə, hərdən hönkür-hönkür ağ-layırdı da... Xəyalında hər gecə Sülü Aslant həbsxanadan çıxarırdı, onu öz evH-nə gətirirdi. Xəyalında hər gecə Sülü atasına öz yanında yer salırdı, onun üçün çay qoyurdu, cürbəcür ləziz xörəklər bişirirdi. Və atası Aslanla birgə bir gün kənddə Masanın qapısını açmaq (xəyalında) Sülüyə, bir Allah bilir ki, necə xoş gəlirdi, ləzzət verirdi. Özünün bu yeni ovqatında Sürəyya, başına gün döyə-dö-yə, uzun möddət yol gedib, nəhayət, özünün də tanımadığı bir məkanda - köl-gəlikdə və sərinlikdə dayanıb nəfəs dərən yorğun yolçuya bənzəyirdi. Ancaq bu kölgəlik və sərinlikdə də ondan ötrü açıq-aşkar nəsə çatışmırdı: Milli Məclis bi-nasının qalın divarları arasında Sülü yaman sıxılırdı. Çünki onun deputat həm-karlan ondan ötrü büsbütün yad adamlardılar, Sülünün keçmiş cəbhəçi dost-ta-nışları isə indi onu ğozgörə baykot eləmişdilən deputat olduğu vaxtdan bəri Sü-lü əməlli-başlı təklənmişdi və xüsusən Milli Məclisin iclasfannda bu təkliyi Sülü-nü yaman sıxırdı.

Həbibin Masan arvadın adından qondarıb göndərdiyi o məktubu alanacan Sürəyya cəmi bir dəfə Cəlal Əliyevin, bir-iki dəfə də Əhəd Əbiyevin yanında oturası olmuşdu, indi, neçə vaxt idi ki, o iclaslarda Sülü, birtərəfə çəkilib həmi-şə tək otururdu. Oturub fikirləşirdi, xəyal eləyirdi, qəzet oxuyurdu, olub-keçənlə-ri yadına salırdı. Kənddən Bakıya gəldiyi, gəlib "Azadlıq" meydanında o əbləh Atilla Azərbəylə tanış olduğu və elə o meydanda itirdiyi Asian Ağrıdağla şəhə-rin küçəsində heçdən tapışıb, sonra (gecənin bir aləmində) zirzəmiyə bənzəyən alaqaranlıq bir yerdə Bəyin şəxsən özünə şer oxuduğu - aya-ilə bərabər-o uzun gün Sülünün heç vaxt yadından çıxmırdı.

Sülünü Bəy adam eləmişdi - buna heç bir şəkk-şübhə yox idi. Bəyin bircə kəlmə sözü və Aslan Ağrıdağın Bəyə olan hədsiz sədaqətinin nəticəsində Bakı-nın o zamankı ən mötəbər qəzetləri Sürəyya Ətirşahın şerlərini, bir müddət, az qala hər nömrədə dərc eləyib, onu - az bir vaxtın içində - inanılmäz dərəcədə tanıdıb, məşhurlaşdırmışdı. Buna görə də Aslan Ağrıdağa da Sülü, söz yox, ölənəcən minnətdar olacaqdı. Amma aya-ilə bərabər o uzun günün o qəribə gecəsi, həmin o zirzəmiyəbənzər alaqaranlıq yerdə Bəyin şəxsən özünə şer oxuyub, sonra Bəydən ayrılıb, Aslan Ağrıdağla birgə taksiyə əyləşəndə Sülünün ağlına, bircə Allah bilir ki, nələr gəlməmişdi. Bəyin şəxsən özü ilə yaxın dost olan bir adamın ona qarşı namərdlik etməyəcəyinə ürəyinin bir yerində möhkəm inansa da, Asian Ağrıdağın qapısı ağzına çatanacan və o qapını açan qarayağız cavan gəlinin Aslanın arvadı olduğunu bilənəcən Sülünün beynində min cür qara-qura fikirlər dolanmışdı.

Sülünün deputat olmağına əvvəllər heç bir ciddi məna verməyən Aslan Ağrıdağın özü də indi Sülüdən ötrü köhnə tanışdan, keçmiş xeyirxahdan savayı heç nə deyildi. 1993-cü ilin ilkin yayında Bəyin hakimiyyəti devriləndən sonrc Asian Ağrıdağı Sürəyya bir neçə dəfə - şəhərdə, küçə-bacada - uzaqdan-uzağə lül-atəş piyan görmüşdü. Bircə o Atilla Azərbəyi Sürəyya iclaslarda, rəsmi təcbirlərdə indi tez-tez qörürdü. Və hardasa lap üzbəsurət qarşılaşanda da bir bi
rilərini heç vaxt görmədiklərini onların hər ikisi böyük məharətlə nümayiş etdi-rirdi.

"Irreh müəllimin" "AND YERİ" adlı qəzet çıxardığını Sürəyya çoxdan bilirdi. Ancaq onun, universitetin filologiya fakültəsində, bir vaxt Həbiblə bir yerdə oxumağı, günlərin bir günü Sürəyyaya, elə o Milli Məclisin iclas zalındaca, "And yeri" qəzetinin növbəti sayına baxanda məlum oldu. Qəzetdəki iki qoşa səhifədə Həbib Həsrətin şəkli, şerləri və Atilla Azərbəyin onun barəsində yazdığı "Hər şeyin təzəsi..." adlı xırdaca məqaləsi verilmişdi.Ancaq kaş ki, Sülü o gün o qəzeti almayaydı, yaxud Həbib Həsrətin o qəzetdə çap olunmuş xeyli şerinin o dörd-cə misrası kaş ki, nə yollasa Sülünün gözündən yayınaydı,nəzərindən qaçaydı... O misraları oxuyanda birdən-birə Sülünü sanki tok vurdu, ilan çaldı. Çünki o misralar Sülünün heç vaxt yada salmaq istəmədiyi, ondan ötrü çoxdan bəri yad, uzaq, qaranlıq bir dünyada əriyib yoxa çıxmış köhnə və çirkin bir əhvalatı yenidən (namərdcəsinə!) dirildib, bu dünyaya qaytarmaq demək idi. Axı, o vaxt - o 12 yaşda Sülünün bu dünyanın işlərindən ağlı nə kəsirdi ki!.. O işin, o əməlin baiskarı Həbibin özü deyildisə, bəs kim idi?.. Axı, nə olsun ki, onun (Sülü-nün) barəsində indi orda-burda yüz cür söz gəzirdi, şayiə dolanırdı. Həqiqət bu idi ki, o 12 yaşdan sonra və o Həbibdən savayı bu vaxtacan Sülünü hələ bir da-fa də öpən, oxşayan olmamışdı. İndi o əhvalata söz qoşub, ondan şer qondarmaqda görəsən Həbibin nə məqsədi vardı:

"Xəyalım əbədi məskən salıbdır
Buğda qovurğalı dodaqlarında.
İlk məhəbbətimin ətri qalıbdır
Ətirşah gülünün yarpaqlarında".

Bu misraları oxuyan kimi, Sülü ağzında hələ nəmi çəkilməmiş tut qurusunun şipşirin tamını hiss elədi və elə o şirinlikdən də, deyəsən, Sülünün birdən-birə ürəyi bulandı. Sülüyə elə gəldi ki, indicə huşu itəcək, ürəyi keçəcək. Ancaq ürəkkeçmənin gəlib boğazına dirənmiş tanış, qara vahiməsi bu dəfə tez ötüb keçdi. Və bu vaxt birdən-birə bu dünyadan təzəcə biçilmiş ot iyi, iydə, heyva çi-çəyinin tamı gəldi. Sülü bir uzaq yaz gunünü və ürəyində, nə zamandan bəri, o günün özü kimi işıqlı bir xatirəyə çevrilmiş ƏLƏDDİNİ xəyalına gətirdi. Sülünün birdən-birə elə bil beyni işıqlandı və elə o işıqdan da onun nəhayətsiz fantazi-yası Həbibin dərsini verməyin ən optimal yolunu tapıb, kəşf edə bildi.

...Bundan düz üç gün sonra kənddə-Həbibin həyətində, günün günorta çağı, bir ağappaq ÇƏPİŞ peyda oldu.

O çəpiş, bərkdən mələyə-mələyə, Həbibin həyətində ora-bura qaçırdı və o həyətin öz uşaqlarından savayı bir dəstə kənd uşağı da həyətə doluşub, o çəpişi tutmaq üçün, xeyli vaxt idi ki, faydasız cəhd göstərirdi.

Yaz idi. Mayın axırları, axşamtərəfi - günün sarin vədəsiydi. Hələ Həbib ra¬yon mərkəzindən, işdən qayıtmamışdı. İçəridə başı televizora qarışmış Süsənbər həyətdəki səs-küyü, deyəsən, eşitmirdi. Masan da, qonşu həyətdə, öz işin-də-gücündəydi: uşaqların haray-həşiri Masanın vecinə deyildi.

Süsənbər səsi eşidib, handan-hana həyətə çıxanda o bir sürü uşağın həyətin ot-alafını tapdadığını görüb, dəhşətə gəldi.

-Vay-vay! Bu nə oyundu! - dedi. - O çəpişi kim salıb bu həyətə? Həbibin səkkiz yaşlı oğlu Ətoş (Ərtoğrul) da çəpişi tutmaq istəyənlərin arasındaydı. Ancaq qızı - 5 yaşlı Aytəkin divarın dibində durub, keçini qovanlara tamaşa eləyirdi. Və anasının evdən çıxdığını görəndə, sevinə-sevinə atılıb-düşməyə başladı:

-Bizimdi e, mama, bizim keçidi. Bayaq bir əmi gətirdi. Dedi Bakıdan yolluyublar... Həbib məllimə.

-Sən də gijləmə görək... Bakıdan yollayıblar. Yox bir, Moskvadan yollayıb-lar. - Süsənbər deyinə-deyinə həyətin ot-alafını tapdayan uşaqların üstünə cumdu. - Rədd olun, çıxın gedin. Qoy dursun, dəyməyin o heyvana - əyəsi tapılıb gəlib aparar.
Uşaqlar hoyuxub dayandılar.
-Qoy tutaq da, Süsü! - Ərtoğrul tıncıxa-tıncıxa dedi. - Bizimdi də, bizə gəti-riblər.
-Kim gətirib? - Süsənbər soruşdu.

Aytəkin dedi: "Bir yaxşı əmi gətirmişdi". Ərtoğrul dedi: "Bir bığlı kişi gətirmiş-di". Və elə bu vaxt Həbib darvaza qapısının ağzında göründü.
-Bu nədi? Dəli olmusuz? Bu qor-qoduğu kim yığıb bura?.. O nədi - məliyir orda? - Darvazanın ağzında çaşib qalmış Həbib hələ gördüyündən heç nə anla-ya bitmirdi.
-Bunun işidi, bu canıyanmış Ətoşun işidi! - Süsənbər o başdan, uşaqların yanından səsi titrəyə-titrəyə dedi- - Heyvanı gətirib salıb həyətə, özü də deyir: bir bığlı kişi bizə gətirib.

Aytəkin durduğu yerdə yenə atılıb-düşdü:
-Bizə gətirib! Bizə gətirib!
Bu yerdə Həbibin ürəyinə elə bil nəsə damdı.
-Kim gətirib, a bala?
Aytəkinin əvəzinə Ərtoğrul cavab verdi:

-Papa, allah haqqı yalan demirəm. Bir bığlı kişi gətirmişdi. Ordan ötürdü içəri, çıxdı getdi. Dedi ki, Həbib müəllimə göndəriblər. -Bəs sən tanımırdın o kişini? -Yox, hardan tanıyaydım. Axı, buralı deyildi o kişi.

Bu yerdə isti bir gizilti Həbibin beynindən vurub, ayaq barmağının ucunacan gedib çıxdı. Bayaqdan, həyətin o başında, mələyə-mələyə vurnuxan o ağ çəpişi də Həbib elə bil indicə gördü.Və Həbib birdən-birə o çəpişin üstünə necə cumdusa, qorxudan zəhmi yarılmış uşaqlar, bir dəstə quş kimi, pərən-pərən qaçıb həyətdən uzaqlaşdı. Həbib, bir göz qırpımında, çəpişi hasarın dibinə qısıb ikiəlli qamartadı və onu çiyninə aşırıb, dinməz-söyləməz küçə qapısına tərəf addımladı.

Aytəkin ağlaya-ağlaya yalvarırdı:
-Nə olar, aparma da, papa!
Ərtoğrulun bıçaq vursan, qanı çıxmazdı:
-Bizə gətiriblər də, inanmırsan? Allah haqqı, papa, peyğəmbər haqqı!..

O çəpişə indi Süsənbərin də deyəsən tamahı düşmüşdü:
- Qoy dursun da, hara apanrsan? Bəlkə elə bizə gətiriblər... Bəlkə dədəm Göytəpədən pay göndərib bizə?

Ayrı vaxt olsaydı, bəlkə Həblb Süsənbərin Göytəpədəki dədəsinin ünvanına bir-iki yağlı söz tapıb deyə bilərdi. Ancaq Həbibin söz deməyə də halı-heyi qalmamışdı. Çiyninə aşırdığı çəpişin qıçlarından bərk-bərk yapışmış Həbib, ayağının altına baxmadan, tikanlı kol-kosun arası ilə üz tutub harasa gedirdi. Və bir xeyli yol gedib, kənd-kəsəkdən uzaqlaşandan sonra, bir yastı təpənin dalında Həbib çəpişi çiynindən yerə qoyub, özü qan-tər içində bir daşın üstündə otur-du. O kimsəsiz çöl-biyabanda çəpiş bir müddət, mələyə-mələyə ora-bura qaçdı, amma uzağa getmədi. Həbib çöldən qayıdanda, çəpişin də onun dalınca düşüb, kəndə tərəf gəldiyini gördü. Əlacı üzülmüş Həbib, elə o gün o çəpişi aparıb qonşunun sürüsünə qatdı və oradan suyu süzülə-süzülə evə qayıtdı.

...Üç gün əvvəl Bakıda şerlərinin çap olunduğunu elə həmin gün Həbibə Abdullanın (Atilla Azərbəyin) özü telefonla xəbər vermişdi. Deməli, o şerləri Sülü, ən tezi, üç gün qabaq oxuya bilərdi. Bəs bu üçcə günün içində o çəpiş Sülünün ağlına nə tez yerləşmişdi. O çəpişi Sürəyya kimə aldırmışdı, hansı əclaf onu belə xəlvətcə gətirib Həbibin həyətinə ötürmüşdü?..

Bütün bunlar Həbibdən ötrü xalis möcüzə idi. ARDI
XS
SM
MD
LG