Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:42

Tağı Şahbazi (Simurğ). GÖZLƏNİLMƏYƏN BİR NƏTİCƏ


-

Tağı Şahbazi (Simurğ)


GÖZLƏNİLMƏYƏN BİR NƏTİCƏ

Axund Molla Seyfulla cümə moizəsini xətm edəndən sonra, həmişəki kimi tələsik minbərdən enmədi: daha bir sözü qalmış kimi oturduğu halda irəli əyildi və minbərin o tərəf-bu tərəfınə baxaraq ağzını açdı, fəqət heç bir söz deməyib döndü, sonra deyəcəyi sözün gizli və əhəmiyyətli olduğunu bildirmək istəyərək, əlini qaldırıb ahəstə səslə başladı:
- Məhəlləmizin böyüklərindən, Allahın yaxın bəndələrindən və məscidin dostlarından xahiş olunur ki, bir az gözləsinlər. Xüsusi məsələmiz vardır. Başqaları gedə bilərlər. Allah əcir versin...
Bu sözləri deyib axund minbərdən düşdü və məsciddə hazır olan camaatm əksəriyyətini təşkil eden qocalar, "əlsiz-ayaqsızlar", xırda sənətkarlar və özünü daima günahkar bəndə hesab edənlər, Allahın yaxın bəndəsi şərəfınə nail olmayanlar dağılmağa başladılar.
Axundun işarə etdiyi böyüklər, həmişə minbər və mehrab yanında oturanlar isə özlərini məscid mühübbü və Allahın yaxın bəndələri cərgəsindən hesab etdiklərinə görə qaldılar...
Bir azdan sonra axundun sədarəti altında burada görməli bir iclas başlandı.
Bu məclisdə hazır olanlarla səthi də olsa, tanış olmaq xeyirsiz olmaz. Müsaidənizlə bir neçəsini təqdim etmək istəyirəm.
Hazır olanlar sırasında birinci növbədə gözə çarpan Hacı Qavam idi. Qara əbası ilə bütün vücudunu örtmüş Hacı, şəvə kimi qaralan saqqalını hənalı barmaqlan ilə tumarlayıb, boynunu məzlum bir surətdə bir yana əyib, bığlarının şaribindən azad edilmiş qalın dodaqlarını tərpədirdi. Bir söz deyirdi, ya yox - nə deyirdi - məlum deyil idi. Amma Hacının dodaqlarının tərpəndiyini görən camaat elə zənn edirdi ki, Hacı Qavam dua oxuyur və ya bir Quran ayəsini vürd edir. Ona görə də hamı onu ağzı dualı tanıyırdı.
Hacı Qavamın sağ tərəfıni uzunboylu, arıq və üzünün "nəbatatı" az olan kosa Kərbəlayı Fəramərz tutmuşdu. Bu da qaşlarını qaldırıb, çıxıq almnı saysız qırışıqlarla bəzəmiş olduğu halda gah axunda, gah da Hacı Qavama baxırdı.
Hacı Qavamın sol tərəfındə axund və axundun da sol yanında məhəllənin başucalığı, Allahın yaxın bəndələrindən hesab olunan Kərbəlayı Qasım idi. O bu gün nədənsə həmişəkindən daha çox qürurlu idi. Qoşa əllərini enli qurşağına keçirib, sallanmaq istəyən qarnını tutmuşdu. Qısa olan yoğun boynunu əyib çənəsini sinəsinə dayamışdı. Böyük müsibətə düçar olmuş adam kimi, hərdənbir dərindən ah çəkib, əstəğfürullah deyir və o ah çəkdikcə tutmaqda olduğu qarnı da əlləri ilə bərabər qalxır və düşürdü.
Bunlardan başqa, məhəllə böyüklərindən daha bir neçəsi burada hazır idi. Heydərqulu, Məmməd Yusif və i.a. hamısını saymağa hacət varmı? Bütün bunlardan artıq təlaşa düşən və bugünkü məclisə böyük əhəmiyyət verən Məşədi Qədir idi. Bunun zahirində diqqət ediləcək bir xüsusiyyət yox idi.
Onu məşhur edə biləcək bir şey vardısa, o da onun hər bir hadisənin birinci xəbərçisi olması idi. Hər bir ilin gələcəyi ətrafında xəyal yürütməyi sevən və gördüyü hər bir işin camaat adına görülməsini bildirməyə çalışan bu kişi, bugünkü məclisi dörd gözlə izləyir və böyük nəticələr verəcəyinə ümid bəsləyirdi.
Məşədi Qədir dünəndən bəri rast gəldiyi "mötəbər" və "mömin" adamlara demişdi:
- Bilirsiniz nə olub?
- Yenə nə olub, Məşədi Qədir?
- Eşitməmisən?
- Yox, bilməyirəm...
- Evin abad olsun! Bəli, ərz eləyirəm, yatmışıq, heç şeydən xəbərimiz yoxdur. - Burada Məşədi Qədir qəsdən "yatmışıq" deyir və gözünü müsahibindən ayırmaq istəmirdi.
- Söylə bir görək nə xəbərdir?!
- Nə olacaq! Arvadlara əmr olunub ki, üzlərini açsınlar, çadralarını atsınlar və istəməsələr kişilərindən ayrılsınlar.
Məşədi Qədir bu xəbəri söyləyəndə gözaltı baxır və nə sayaq təsir edəcəyinə diqqət verirdi.
Böyük təsir bağışlamaq istədiyindən Məşədi Qədir deməyirdi ki, arvadlar özlərinə məxsus klubda yığılıb çadra barəsində iclas edəcək və qərar çıxaracaqlardır; çünki bilirdi ki, belə bir xəbərin o qədər böyük təsiri ola bilməz. Doğrudan da, çadra ətrafında gedən danışıq və fıkirləri hamısı eşitmiş və ya oxumuşdu. Bu məsələ münasibətilə camaatda həyəcan əmələ gətirmək niyyəti ilə o, əlavə edirdi:
- Arvad ki üzünü açdı, o, ərinin ixtiyarından çıxacaqdır.
Məsələni belə qoyduqda, Məşədi Qədir bilirdi ki, bu əhvalat, heç şübhəsiz, ikiarvadlı Hacı Qavamın və ya Kərbəlayı Qasımm qeyrətinə toxunacaq və onlarda böyük bir həyəcan törədə biləcəkdir.
Hələ arvadı öləndən sonra cavan bir qız almış Kərbəlayı Fəramərzi de! Bunlar razı olarmı ki, arvadlan üzlərini açıb gəzsinlər və hamısı da onlara tamaşa etsin?
- Belə şey olarmı?
- Mən nə deyim, ay rəhmətlik oğlu?..
- Yaxşı, onda niyə başımızda papaq saxlamışıq? Biz də başımıza bir ləçək bağlayaq - deyək bizdə arvad yoxdur!
Bu sözlərdən sonra Məşədi Qədir iş görməyə və bu biabırçılığın qabağını almağa dəvət edərək:
- İndi bildik ki! Hə, qeyrət və namus varsa, tədbir tökmək və çarə aramaq lazımdır, - deyirdi.
Bu qayda ilə Məşədi Qədir lazım bildiyi adamları qabaqcadan qızışdırmış, axundla görüşmüş və bugünkü məclisi hazırlamışdı...
Məscid boşalandan sonra Məşədi Qədim yavaşca qapnıı örtüb, üzünü axunda tərəf tutaraq dedi:
- Ya şeyx, buyurun, həzəratı məsələdən agah edin. Axund danışmaq istəməyərək, üzünü Hacı Qavama tutub:
- Buyurun, hacı, sizin ki əhvalatdan gözəl ittilaınız vardır, - dedi. Hacı Qavam bu söhbətə başlamağı boynundan atmaq üçün üzünü
Məşədi Qədirə çevirib dedi:
- Məşədi Qədir, buyurun, siz söyləyin.
Məşədi Qədir məsələyə başlamağa tələsirdisə də, yenə kamali-ehtiram ilə:
- Xeyr, buyurun, bəndə aciz varam... Buyurun! - deyə təklifı qaytardı.
Lakin Hacı Qavam bu dəfə yenə Məşədi Qədirə müraciətlə:
- Xahiş edirik ki, buyurasınız, sizin kimi bilən yoxdur, - dedi. Ehtiram məramnaməsini tamamlayandan sonra Məşədi Qədir sözə başladı və dedi:
- Qardaşlar, biz adımızı müsəlman qoymuşuq və əlbəttə, dini-mübimi-islami mühafizə etmək bizim borcumuzdur. Bilirsiniz ki, "yoldaşlar" hökumət düzəldəndən sonra, islama yaraşmayan sözlər deməyə başladılar; axund və mollaları istehza etdilər - danışmadıq. Bunların hamısı yerin və göyün padşahına məlumdur; özü bilir, özü divanmı eder. Amma indi iş o yerə çatıb ki, daha səbr etmək mümkün deyil... İndi birdən-birə bu "yoldaşlar"...
- Lənətullahi-ələlqövməzzalimin! - deyə burada Axund Molla Seyfulla, Hacı Qavam və Kərbəlayı Qasım Məşədi Qədirin sözünü kəsib, sanki ürəklərini boşaltdılar.
Məşədi Qədim sözünə davam etdi:
- Bəli, "yoldaşlar", ərz eləyirəm ki, bizim namusumuza əl atıblar. Cəmi arvadları toplayıb onlara islama yaraşmayan cürbəcür nalayiq hərəkətlər öyrədirlər; "çadra atılmalıdır" deyirlər, "məhrəm" və "naməhrəm" sözünü aradan qaldırırlar... Hər kəs hansı arvadla istəsə, danışa bilər, gəzə bilər.
Kərbəlayı Fəramərz yerindən əlavə etdi:
- Kafırlərdə olan kimi. Hamı:
- Bəli, bəli, - deyə təsdiq etdi.
Məşədi Qədir razı qalaraq, bir az toxtadı və söylədi:
- Bəli, özünüz məndən yaxşı bilirsiniz, odur. Yəni arvadlar gərək üzlərini açsınlar, naməhrəmlər də onlarla söhbət etsinlər... İndi deyin görüm, qardaşlar, nə etməliyik? Nə çarə ilə bu vəhşiliyin qabağını almaq lazımdır? Durub tamaşa edək və namusumuzu tapdalayaq və yainki mühafızə edək? Nə deyirsiniz?..
Məşədi Qədirin bu sözündən sonra Hacı Qavam barıt kimi partladı.
- Yox... Yox!.. Buna dözmək olmaz! Gərək qabağım alaq. Onlarm klub dedikləri yuvalarnı darmadağın etməliyik. - Sonra üzünü axunda tutub: - Ya şeyx, əmr elə, çarə göstər, kimsə gərək sənin əmrindən çıxmasm. Bu ümumi işdir - din işidir, - dedi və cavab gözləyir kimi, axunda baxdı.
Burada hamı danışmağa başladı, məclis qarışdı. Cürbəcür təkliflər söyləndi:
- Arvadları evdən bayıra qoymamalıyıq!
- Yox, onların xaraba qalmış klublarını dağıtmaq lazımdır!
- Xeyr, xeyr, yandırmaq gərək! Bəli, başlarına od yağdırmalıyıq! Bu vaxtadək dinləməkdə olan axund müridlərinin qızışdığını görüncə, əlini qaldırıb onları sakit etməyə başladı:
- Sakit olun!.. Aram olun!..
Məşədi Qədir bu həyəcanı gördükdə çox şad oldu ki, dedikləri əbəs deyilmiş və özü də söylədiyi işin mənasını düşünməyə başladı; sanki bu vaxtadək bu işin əhəmiyyətini bir o qədər də hiss etməyirmiş!
Axund Molla Seyfulla özünəməxsus təmkin və üslubla sözə başladı:
- Məsələ çox böyükdür, arvadlarımızın ismət və namusunu xələldar etmək, biz kişilərin kəmqeyrət və biarlığı sahəsində ola bilən bir işdir. Kişilərin ağıl və zəka sahibi, arvadların isə naqisül-əql olduqları üçün bu məsələdə, əlbəttə, birinci vəzifə kişilərin öhdəsinə düşəcəyi mühəqqəqdir. Bəli, bu barədə bir çox hədis və kəlamlar vardır. Bu, dinin əleyhinə üsyan etməkdir. Belə bir işdə bidin və laməzhəblərin başına od yağdırılmalıdır, tainki camaati-avam görsün ki, xudayi-lomyəzəl din və Quran düşmənlərini odla cəzalandırır. Bu kimin borcudur? Əlbəttə, Allahın yaxın bəndələrinin vəzifəsidir. Allah-taala insanları əşrəfı-məxluqat yaratmışdır. Bəli, hər yoldan azanı doğru təriqətə dəvət edər, amma madam ki azğın bəndələr Allahm əmrinə tabe olmaq istəmirlər, o vaxt onlara cəza göndərir. İndi bizim əlimizlə Allah-taala onlara cəza göndərir. Allahın əmrini icra etmək bizim borcumuzdur. Mən yəqin edirəm ki, hamımız bu işə hazırıq!
- Bəli, bəli, hazırıq!..
Axund bilirdi ki, bu işi hamıya tapşırmaq olmaz; ona görə dedi:
- İndilik hamı lazım deyil. Bir-iki nəfər öhdəsinə götürsə, kifayətdir...
Hacı Qavam tez təklif etdi:
- Bunu tapşırın Heydərquluya, Məşədi Qədirə.
Məşədi Qədir bu təklifdən bir az narazı oldusa da, amma daha aşkar etmək istəmədi və ona görə də dedi:
- Mən hazıram.
Bu vaxtadək dinməyən Heydərqulu isə birdən-birə cavab verə bilmədi, lakin onun cavabını gözləməyi lazım bilmədilər və onun əvəzində başqaları yerbəyerdən dedilər:
- Çox yaxşı, çox gözəl! Allah kömək olsun! Məclisi tamam etmədən, axund təkrar söylədi:
- Klubu yandırmaq lazımdır. Camaat gərək gözü ilə görsün ki, o ev od tutub yanır... Amma heç kəs gərək deməsin ki, evə od vurulmuşdur. Allah-taala özü od yağdırır. Doğrudan da, Allah-taala cəzasını belə göndərir.
- Orasını biz danışarıq... - deyə Hacı Qavam, Heydərqulu ilə Məşədi Qədiri yanına çağırdı.
- Daha durmaq vaxtı deyil! Allah müvəffəqiyyət versin... - deyə axund məclisi tamam elədi.
O axşam Heydərqulu və Məşədi Qədir Hacı Qavamın evinə gəlib qəbul edilmiş qərarm həyata keçirilməsi üçün işi nə sayaq aparmaq barədə məşvərət edirdilər. Məsələ o qədər asan deyildi. Əcəba, nə vaxt və haradan evi odlamalıdır və nə sayaq odlamalı ki, görən olmasın? Bu sualları müzakirə və həll etmək lazım idi.
Danışıq uzun çəkdi. Burada cürbəcür planlar təklif edildi. Bəzən bu təkliflərin əməli cəhəti o qədər çətin idi ki, qəbul etmək mümkün olmayırdı.
Lakin sabahkı hadisədə iştirak edəcək adamlar tələsməyirdilər. Hacı Qavam da "ərkani-hərbin" baş komandanı kimi dinləyir, yol göstərirdi. Hacı Qavamın oğlu dalbadal çay gətirirdi. Hər dəfə uşaq daxil olanda bunlar susurlardı.
Bu axşamkı söhbətdən Hacı Qavamın böyük arvadı Dilşad xanım şübhəyə düşmüşdü, bu da səbəbsiz deyildi.
Bir dəfə Hacı Qavam hələ hacı olmamışdan, beləcə bir axşam yoldaşları ilə məşvərət və məsləhət etdikdən sonra xəbər vermişdi ki, Məkkəyə getməyə qərar vermişdir.
İkinci dəfə yenə - arvadən yadındadır. Hacı Qavam bir neçə il bundan əqdəm belə bir gizli söhbət üçün yoldaşlarını çağırmışdı. Nəticəsində arvada demişdi:
-Dünyadır, ömrümüz gedir, mən də qocalıram, sən də qocalırsan! Bizə bir kömək lazımdır, övlada bel bağlamaq olmaz, onun öz işi, ailəsi olacaq...
Dilşad xanım Hacı Qavamm nə demək istədiyini qanmamışdı. Hacı Qavam başa salmışdı:
-Gərək bir adam tapaq, cavan olsun; həm sənə, həm də mənə qulluq edə bilsin. Mən deyirəm bir arvad alım; bəsdir sən çalışdın, qoy o gəlsin işləsin!..
Dilşad xanım o vaxt ağlamışdı... Lakin Hacı Qavam buna baxmayaraq, ikinci bir arvad almışdı.
O məşvərət gecələri Dilşad xanımın yaxşı xatırında idi. Arvad bilirdi ki, belə söhbətlər nəticəsiz qalmayır. Əcəba, kim bilir, bəlkə bu dəfə Hacı yenə arvad almaq istəyir? Ala bilməzmi? Atası dörd arvad almamışdımı?
Dilşad xanım Hacı Qavamın bu axşamkı təlaşından, Məşədi Qədir və Heydərqulunun buraya gəlməsindən şübhələnirdi, ona görə də danışılan söhbəti bilmək istədi və bu istək onu dinc buraxmadı.
Bir az fıkir edəndən sonra, Dilşad xanım qapınm arxasında oturub, tam diqqətlə qulaq asmağa başladı. Söhbətin xəlvət surətdə aparılması və arvadlara aid olması Dilşad xanımı daha artıq maraqlandırırdı. Dilşad xanım anladı ki, bu axşamkı məşvərət qaınlar klubu barəsindədir.
Dilşad xanım eşidirdi:
- Elə olmaz. Klubun damına çıxıb damı deşməli və neftə bulanmış köhnə parçaya od vurub içəri salınmalıdır. Tezcə qayıtmaq lazımdır. Onda ev alışıb yanar, sonrası asandır.
- Bəlkə heç kəs görmədi, sonra başqa evlər də alışar...
- Cəhənnəmə, yaxında elə bir ev yoxdur. Cəfərqulunun daxması yansa, nə eybi var, onların bir şeyləri yoxdur. Sonra Cəfərquluya məscid həyətində də mənzil vermək olar.
- Tamam... Sən, Heydərqulu, nərdivan tap, hazırla, məni gözlə, mən də gedim lazımi şeyləri tədarük edim.
Məsələnin hər bir tərəfı aydınlaşdırılmışdı. Heydərqulu və Məşədi Qədim qalxıb xudahafız etdilər. Dilşad xanım anladı ki, bu cinayəti əri deyil, qonaqlar edəcəklər, lakin susmaqmı və səbir etməkmi lazımdır?
Hacı Qavamın arvadı qadınlar klubuna biganə deyildi. Hacıdan gizlin hərdənbir gedib danışılan sözlərə qulaq asırdı. Dilşad xanım bu qədər bilirdi ki, bu klub, arvadları azad etmək və zülmdən qurtarmaq üçün çalışır, onların yaşayışını yaxşılaşdırmaq istəyir...

Dilşad xanım Hacı Qavam kimi kişilərin arvadlar haqqında etdikləri zülmü bilirdi. Özü bu zülmü çəkmiş və çəkirdi. Klubu yandırmaq nə deməkdir? Arvadların azadlıq mübarizəsinə mane olmaq deyilmidir?.. Hələ bir neçə gün bundan əqdəm ikiarvadlılar barəsində nə qədər doğru söz söyləyirdilər!
Dilşad aşkar düşünürdü ki, klub kişilərdən ötrü bir təhlükədir. Ona görə də onu dağıtmağa çalışırlar. İstəməyirlər ki, qadınlar öz ixtiyarlarını alsmlar.
Nə etməli? Yenə burada Dilşad xanımın yadına arvadlar şöbəsi müdirinin dediyi sözlər düşdü: "Qadınlar təşkilata daxil olmasalar, öz hüquqlarını ala bilməzlər". Bu doğrudur. Dilşad xanım özü heç bir təşkilatda olmadığından Hacı ilə mübarizə edə bilmədi. Bəlkə indi klub Hacıya mane olur... Qoy olsun... Qoy klub qalsın, qadınların hüquqlarını saxlasın...
Dilşad xanım həyəcan içində idi, nə edəcəyini dürüst dərk edə bilməyirdi. Lakin hiss edirdi ki, onun üzərinə böyük bir vəzifə düşmüşdür: gərək qadınları hazırlanan hücumdan xəbərdar etsin, lazımi yerinə xəbər versin.
Bir az fıkirdən sonra Dilşad xanım xəlvəti evdən çıxdı və çaparaq qadınlar şöbəsi müdiri Mərcan xanımm evinə doğru yollandı.
Mərcan xanım uzaqda olmayırdı. Əhvalatı ona söylədi. Ancaq təvəqqe etdi ki, bu işdə Dilşad xanımın adı çəkilməsin...
Hacı Qavamdan qorxurdu, lakin bunu gizlədə bilməyirdi. O gecə həm Hacı Qavam, həm də Dilşad xanım yata bilmədilər. Hacı yatmayır və klubun alovlanmasını gözləyirdi. Dilşad xanım da lazımi yerinə xəbər vermiş olduğundan sevinir və nəticəsini gözləyirdi. Bu gecə çox uzandı. Hacı Qavam yatdığı otağın pəncərəsini dəfələrlə açıb bayıra baxdı, lakin heç bir şey anlaya bilmədi.
Sübh açılmaq üzrə idi. Hava işıqlanırdı. Şəhərə gələn arabaların səsi uzaqdan eşidilirdi.
Hacı Qavam qalxdı, dəstəmaz alıb məscidə tərəf yollandı. Həmişəki yol ilə getsəydi, klubu görə bilməyəcəkdi. Ona görə də bu dəfə yolunu klubun yanmdan saldı.
Uzaqdan klub imarətini görüncə, Hacı teəccüb etdi, yürüşünü artırdı. Kluba yaxmlaşdıqda baxdı ki, qocaman imarət lal və sədəməsiz durur. Klubun qapısmda yanan elektrik lampası guya Hacıya gülərək, ətrafı işıqlandırırdı. Hacı Qavam məscidə tərəf üz qoydu. Hələ tez idi. Məsciddə bir neçə fəqir və biçizdən başqa bir kəs yox idi. Yavaş-yavaş camaat cəm olmağa başladı. Dünənki məclisdə iştirak edənlərdən Kərbəlayı Fəramərz və Kərbəlayı Qasım da gəldi. Hacı Qavam əhvalatı sordu. Heç bir hadisə olmadığını bildirdilər.
Bir azdan sonra axund da gəldi. Dünənki qərarı yerinə yetirməli olanlar yox idi. Heç kəs onlardan xəbər söyləyə bilmədi.
- Yəqin yatıb yuxuya qalmışlardır.
- Bəlkə qorxublar?
- Bəlkə bacara bilməmişlər?
Axund tez namazı başlayıb tamam etdi. Məsciddən çıxarkən Məşədi Qədirin onyaşar oğlu axunda yan alıb, gözlərinin yaşını silərək, atasının tutulduğunu xəbər verdi.
Axund qayıdıb, ardınca gələnlərə mənalı bir baxışla baxdı. Sonra Hacı Qavam da əhvalatı bildi.
Məşədi Qədirin tutulması, işin gözlənilməyən nəticəsi idi.
- Bu necə işdir? Nə üçün belə oldu?
Camaat dağıldı. Axund və dünənki məclisdə iştirak edənlər məscid həyətində durub bir-birinin üzünə baxaraq:
- Nə üçün belə oldu? - sualına cavab tapmaq istəyirdilər.
Bir azdan sonra xəbər çıxdı ki, klubun yandırdmağından qadınlar xəbər tutmuş və lazımi yerinə xəbər verərək, Məşədi Qədirlə Heydərqulunu klubu yandırmaq istədikləri halda tutmuşlar.
Hacı Qavam bu xəbəri eşidincə dedi:
- Belə şey olmaz! Olmaya, Allah özü şeytan yuvasını mühafızə edir? Mən qanmayıram, bu nə sirdi?..
Kərbəlayı Qasım bir ah çəkib dedi:
- O arvadlara bizdən xəbər verən olmaz; bizim ki onlarla tanışlığımız yoxdur, yəqin onlara arvadlar xəbər vermişlər.
Axund başmı tərpədərək dedi:
- Allah şeytan işini möminlərdən əfzəl tutmaz...
- Bu, möminlərdən ötrü yox, yoldan azanlar üçün imtahandır. Lakin axundun sözünə qulaq asan yox idi; çünki Hacı Qavam özündən çıxmışdı və ağzı köpüklənə-köpüklənə deyirdi:
- Yox, elə arvad saxlayan kişilər, kişi deyildirlər. Nahaq yerə özlərinə kişi deyirlər. Gör bir iş hara çatıb ki, öz arvadlannı saxlaya bilməyirlər! Arvadı mənim kimi saxlayarlar!
Nəkarədir, nə qələt edir!
Hacı Qavam bu iddiasını söyləyirkən bilməyirdi ki, qadınlar təşkilatmı xəbərdar edən özgə deyil, onun öz arvadı olmuşdur və güman etməyirdi ki, iki gündən sonra o da Məşədi Qədir və Heydərqulunun yanına gedəcək və onun hər iki arvadı qadınların qəbul etdikləri qərar üzrə çadralarını atacaqlardı.
XS
SM
MD
LG