Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:41

Borxesin də, Freydin də, lap belə Mopassanın da...


NAHİD
NAHİD

NAHİD də polemikaya qoşuldu: “Beləliklə Qismət taxdan düşəcək, Nahid yaralanacaq, Cavid yoxa çıxacaq..."

-

“Ə, bu ədəbi jurnaldı. Jurnalda neyniyərlər? Yazı çap edərlər”. Di, biz də etdik, də! Ağ kağız qorxulu filmlər çəkilən pavilyon deyil ki, hər səhnəsini həyacanlı, qorxulu və bəzi yerlərini erotik edək ki, hamı maraqla baxsın..."


"Oxu zalı"na göndərdiyi bu yazısı ilə gənc yazar NAHİD "Ulduz" jurnalının Aysel Əlizadənin redaktorluğu ilə çıxmış son sayı ətrafında polemikaya qoşulur.


NAHİD


ENİŞƏ İCAZƏ VERİLDİ


Bəli, zaman hər kəsin aynasıdı. Elə insan yoxdur zamanla dəyişməsin, mutasiya prosesini yüngül və mədəni keçirməsin. Can deyib, zəng edəndə sevincək xətrini soruşduğun insanlar zamanla candaşlıqdan da çıxır, yoldaşlıqdan da! Acığa bir zamanlar söyüşdüyü insanların yanında lövbər salır. Bu da belə mutasiyadır.

Mənə görə, döyüş zonası dünyada ən ədalətli bölgü yeridir. Yəni hər iki cəbhə də düşməndi. Yaşadığımız cəmiyyətsə ədalətsiz bölgüsü olan düzəndi. Yəni dost var, düşmən var, satqın var, yaltaq var, var da var, yəni. Mətləbin boynu qırılsın. O qədər çörək davasına uyub getmişəm ki, yazı yazmaq mənə çətin gəlir. Eniş etməsinə icazə verilməyən təyyarə kimi səmada dövrə vururam.

Yazımı oxuyub öz bədbin obrazını cümlələr arasında görənlər qoy məndən incisin! İnciməyənin qələminə lənət! Bəzi ağızlar və ağızlarda bəzi dillər var ki, uzundur, yerində rahat dura bilmir. Qurdalamağa yer axtarır. Və ya bəzi insanlar var ki, sadəcə cisimdə insandır, yəni əqidəsi yoxdur. Rüstəm Behrudi demiş “Ruhu(m) bədənində əziyyət çəkir”. (Bu abzasın Mətləblə heç bir əlaqəsi yoxdu. Yəni ki, hələ də eniş icazəsi verilməyib)

Belə mən sizin...

“Qardaş bağışla sözünü yarımçıq kəsirəm, balalarının toyunda, amma “Ulduz” jurnalından danışacaqdın e” – kimsə pıçıldayır. Hə bu an mətləb yadıma düşür. Eniş icazəsi gəldi.

“Ulduz” jurnalı haqqında qeydlərinə Əsəd bəy yumoristik və nostalji hisslərlə başladığı üçün mən də ondan örnək alıb nostalji hisslərlə başlamaq istəyirəm.
“Ə bura toydu. Toyda Neyniyərlər? Oynuyarlar” bu sözləri “Bəyin oğurlanması” filmində kəndin sovxoz direktoru Hidayət müəllim deyir.

İndi Əsəd bəy, sözə türklər demiş “direk” olaraq dalıram. “Ə, bu ədəbi jurnaldı. Jurnalda neyniyərlər? Yazı çap edərlər”. Di, biz də etdik, də! Ağ kağız qorxulu filmlər çəkilən pavilyon deyil ki, hər səhnəsini həyacanlı, qorxulu və bəzi yerlərini erotik edək ki, hamı maraqla baxsın. Yox əgər deyirsinizsə, bir dənə erotik, bir dənə qorxulu, dram, romantik, faciə, tarixi, detektiv və s. yazılar çap edin, bu başqa məsələ.

“Vabşe”, heç bunda da düz deyilsiniz. Ədəbiyyatın vaxtı keçmiş və göz görməyən
Kəramət Böyükçöl və Əsəd Cahangir Azadlıq Radiosunda
Kəramət Böyükçöl və Əsəd Cahangir Azadlıq Radiosunda
jurnallarında qızıl balıq kimi sudan çıxıb çabalayan gənc yazarlar haqda və daha doğrusu, yazıları haqda dedikləriniz düz ola bilər, ancaq işin əmması var. Mən sizi səmimi saymıram və daha düzü səmimi görmürəm. Çünki qərəzlisiniz. Sizin tənqidiniz pafosludu, planlıdı və lap da, düzü iki başlıdı.

Ümumi baxış: Mən tək sizi yox ədəbiyyatımızda adı hallan 90% tənqidçilərimizi bu cür görürəm. Çünki siz tənqidi, ancaq Borxeslə, Freydlə, Mopassanla eyniləşdirməkdə görürsünüz. Bir sətirlik söz yazırsınız “filan yeri filankəsə oxşayır” deməsəniz elə bil, Xorenin qarşısında diz çökəcəksiniz. Belə Borxesin də zatının ağzını... belə Freydin də! Sizlərə tənqidçi demirəm, çünki siz biganəsiniz. Çünki siz, dövrümüzdə olan bir çox istedadlı yazarların yazılarına, kitablarına laqeyd qalmısınız. Bir çox yazarların yaradıcılığına şəxsi prinsiplərdən yanaşmısınız. Sizin bir çoxunuzda şəxsiyyətin ikiləşməsi gedir. Ax, mutasiya!

Mətləb haqda: bəzi məqamlar var ki, insan yaşadığı dövrdən 30-40 il dala gedir. Beynində zaman yolçuluğuna çıxır. İndi sizin günahınız nədir ki, Kəramətlə eyni anda zaman yolçuluğu edib və təsadüfən 70-ci illərə, rayon düzəninə gedib çıxmısınız. Və əyalət şair, yazarları sizi göydən enən mələklər sanıb “Ulduz”da bizə də yer ayırın deyə, ətəklərinizdən yapışıb. Və siz də bu günümüzə qayıdıb birlikdə plan cızmısınız. Maraqlı mətnlər tapıb əyalət yazarlarından Axilles düzəldəcəksiz. Sonra Yazıçılar Birliyini Troya qəsri hesab edib “Ulduz”un içində içəri daxil olaraq, oranı fəth edəcəksiniz. Beləliklə Qismət taxdan düşəcək, Nahid yaralanacaq, Cavid yoxa çıxacaq, Aysel məbədə qaçacaq və Kəramət də “Yaşasın uca Əsəd” deyib taxda sahib olacaq.

Yəqin indi “Ulduz”u yenidən vərəqləyib məni görmədiyinizə əmin olmaq istəyirsiniz. Əvvəlcədən deyim ki, bu sayda yoxam. Yəqin düşünürsünüz ki, “Bəs yoxsan, niyə danışırsan”. Bax bu məqamda da bu düşüncənizə cavab verməmək kimi hüququm var, azadlığım var.

Sonda Əsəd bəy, hər şeyi daha da qəlizləşdirmədən yazımı bitirmək istəyirəm. Sizə dost fikri. Vallah sizdə birinə dəstək olmaq, onunla plan cızıb öz fikirlərinizi təlqin etmək alınmır. Ya siyasətiniz zəifdi, ya da doğru zamanda doğru məkanda olmursunuz. Mən hər zaman demişəm – Əsəd bəy, tənqid taktikasından hücuma keçmək istəyəndə samanına düşəcək qığılcımı gözləyir. Yəni qısa izahı tənqid sizdə iki hissəyə bölünür; sərf edən və sərf etməyən. Bu bölgü isə ədalətsiz bölgüdü. Yuxarda dedim axı, ən ədalətli bölgü döyüş zonasıdır. Yəni hər iki cəbhə də düşməndi.
XS
SM
MD
LG