Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:58

Gəncədə 19 milyon dollarlıq Dolama yol salınır


Ümumilikdə 37,5 km olacaq yolda 2 yol qovşağı və 9 su ötürücü borularının inşası aparılır.

Birinci dərəcəli hesab olunan Dolama yolun sentyabr ayında istifadəyə veriləcəyi nəzərdə tutulur.

Bu barədə «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Afaq Quliyeva məlumat verib.

Onun sözlərinə görə «Gəncə Dolama Yolunun Yenidənqurulması» layihəsi «Azəryolservis» ASC-in sifarişi əsasında «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC tərəfindən həyata keçirilir.

Yolun sağ tərəfi isə «Azərinşaat» ASC tərəfindən genişləndirilir. Yolun təmir edilməsi ilə bağlı layihəyə 2010-cu ilin oktyabrında start verilib. Tikinti işlərinə 170-ə yaxın müxtəlif təyinatlı texnika və 350 canlı qüvvə cəlb olunub.

Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən işlərin smeta dəyəri 19 milyon 700 min dollar təşkil edir. Yolun çəkilişində dünya təcrübəsindən istifadə olunduğundan magistral yol birinci dərəcəli yol hesab edilir.

Məlumata görə ümumilikdə 37.5 km olacaq yolda 2 yol qovşağı və 9 su ötürücü borularının inşası aparılır. Bildirək ki, yolun çəkilişi ilə əlaqədar olaraq şirkət ərazidə 1 laboratoriya, 2 qırıcı qurğu və 2 asfalt zavodu da inşa edib.

Gəncə Dolama yolunun tikintisi 3 rayonun ərazisini – Goranboy, Göygöl və Şəmkiri əhatə edir.
XS
SM
MD
LG