Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:35

Dil Qurumu Vergilər Nazirliyinə müraciət etdi


Anar Niftəliyev
Anar Niftəliyev
-

Azərbaycan Dil Qurumu İctimai Birliyi dövlət dilinə uyğun olmayan firma adlarının dəyişdirilməsi üçün Vergilər Nazirliyinə müraciət edib.

Bu barədə AzadlıqRadiosuna Birliyin icraçı direktoru Anar Mahmudoğlu deyib.

Müraciətlərdə qeyd olunur ki, «Dövlət dili haqqında» Qanunun 17-ci maddəsinə əsasən, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrinin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılmalıdır.

İcraçı direktor deyir ki, onlar indiyə qədər Azərbaycan dilinin qaydalarını pozan 7 qurumla əlaqədar məhkəməyə müraciət ediblər:

«1 saylı İqtisad, həm də digər məhkəmələrdən bizə deyilib ki, iddia verməzdən əvvəl həmin qurumları qeydiyyata alan Vergilər Nazirliyinə müraciət edib dil qaydalarının pozulmasının qarşısını alaq. Ona görə də, bizim məhkəmələrə müraciətlərimiz dondurulub, baxılmamış qalıb. İndi Vergilər Nazirliyindən veriləcək cavabı gözləyirik».

Dil Qurumu İctimai Birliyi 2007-ci ildən yaradılıb. Təsisçisi və sədri deputat Sabir Rüstəmxanlıdır.

Şagirdlər: Mirzə, axı bizim öz dilimiz var, qoy onu da bir az öyrənək. Müəllim: Yox olmaz, Türk dili olmaz! Gərək bunu soxum boğazınıza! ("Molla Nəsrəddin" jurnalı)
Şagirdlər: Mirzə, axı bizim öz dilimiz var, qoy onu da bir az öyrənək. Müəllim: Yox olmaz, Türk dili olmaz! Gərək bunu soxum boğazınıza! ("Molla Nəsrəddin" jurnalı)
XS
SM
MD
LG