Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:39

Müsavat başqanının müşaviri həlak olub


-
Müsavat başqanın müşaviri, partiyanın Məclis üzvü Aydın Acalov avtomobil qəzasında həlak olub.

Hadisə avqustun 25-i saat 12 radələrində baş verib.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyasının üzvü Mustafa Hacıbəyli məlumat verib:

«Hökməli dairəsinin yaxınlığında «Kamaz» markalı yük avtomobili ilə toqquşublar. Elə hadisə yerində vəfat edib. Hazırda Yasamal rayonundakı morqlardan birindədir. Artıq Müsavat üzvləri də ordadır».

Aydın Acalov İctimai Palatanın Regional Təşkilat Komitəsinin üzvü idi. O, avqustun 26-da ABŞ-a, oğlunun yanına getməli idi.
XS
SM
MD
LG