Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:39

Günel Şamilqızı. Kir


-

Burda bir kir yaşayır
Başdan-ayağa sudur.
Axıb öz gözləridən
Lap Xəzər dolusudur.

O təmizlər şəhəri
Özü yenə kir qalar.
Əlində bir süpürgə,
Ovcunda səbir qalar.

O bilər zibil kimdir,
O bilər zibil nədir?
Hamı bir yığın kirdir,
Kimin nə vecinədir?

O, bomboz küçələrin
Ağ kiridir, ağ kiri.
Gözləri layla deyir
Dinlə kiri, bax, kiri.

...Burda bir kir yaşayır,
Tərtəmiz kir qoxuyur.
Əlində bir şəkil var
Hər gün baxır, oxuyur:

-"Hər körpə bir nağıldır,
Hər ana – bir az işıq.
Hər nağıl bir yalandır
Hər insan – bir ayrılıq."

http://profliqa.blogspot.cz/2012/04/kir.html
XS
SM
MD
LG