Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:43

Nigar Duyğu. Əlvida


-

Əlvida

Yağış isladacaq bir azdan küçələri,
Ayaq izlərini silməyə gəlib buludlar,
Qulağımda isə köhnə melodiya
susdu xəyallarım,
deyiləcək sözüm qalmadı...
itirdim içimdəki günahsız sevincləri,
qayalıqları döyən dənizə küsdüm...
çiçəkləri əzən küləyə, bir də özümə...
ağlayıram dünənimə,
keçən zamanıma,
güzəştə getdiklərimə və bu dünyama…
Hökmən bir söz deməliyəmsə,
"əlvida yolun açıq olsun, sevgilim"...
mən alışaram yoxluğuna...
silərəm mesajlarını, yırtaram şəkillərini,
gizlədərəm sevgimi...
mən səni unutmağa çalışaram...
Amma sən... ...sən unutma...
şeirlərimlə xatırla məni,
təbəssümün olum üzündə...
artıq səhərlər oyandığımda isə sən olmayacaqsan,
ürpərərək gözlərimi siləcəm...
əlvida deyəcəm ardından...
əlvida doğan günəşim, əlvida, ruhumun mələyi...
artıq sənə dön deyə bilmərəm...
...isbatlaya bilmədin sevgini.
əlvida sevgili...
XS
SM
MD
LG