Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:34

Rüqəyyə Kəbiri "Azərbaycanda saat beş!" (Şeir)


Rüqəyyə Kəbiri
Rüqəyyə Kəbiri
-

Arazın o tayından


Şeir bu yaxınlarda İran Azərbaycanında baş vermiş və yüzlərlə insanın ölümünə səbəb olmuş zəlzələ haqdadır.


Rüqəyyə Kəbiri


AZƏRBAYCANDA SAAT BEŞ!


Beş...

Od,
Su,
Torpaq,
Hava,
Ruh,
Fisağuresin* beş unsuru deyil
Gözəllik tanrıçası Venusun** simgəsindən
Daş dövründən
Daşların üzərində, həndəsi şəkillərdən
Pəntagıramdan*** söz açmıram
Lorka gəlməyən saatdan demirəm
Odun alovlanan saatından
Suların quruduğu
Torpağın başlara ələndiyi
Havanın oksijensiz zamanından
Ruhların avara qalmış saatından söz açıram
Doxsan birinci günəş ilinin beşinci ayından
Ölüm saatından
Saat beşdən danışıram

Əfğanistanda partlayışlar
İraqda canlı bombalar
Suriyədə bombardmanlar
Siyasətin qanlı əlləri
Doymaz gözləri
Çirkin üzüdür, ölüm deyil
Ölüm,
Qara dağın qara suvaqlı damları
Qızıl qiymətli
Mis rənginə boyanmış torpağıdır
Qat-qat qalandı uşaqların
Qadınların,
Qocaların üzərinə
Ölüm,
Qara dağın marallarının hürkək saatıdır
Günəş ilinin, qaranlıq ayının, qaranlıq gününün
Saat beşidir ölüm...

_____
*Pifaqor
**Venera
***pentoqram
XS
SM
MD
LG