Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:41

Müsavat başqanının müşavirinin oğlu şikayətçi deyil


Müsavat başqanının müşaviri, Aydın Acalovun oğlu atasının ölümündən şikayətçi olmaması ilə bağlı istintaqa müraciət edib.

Bu barədə AzadlıqRadiosuna Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib.
Onun sözlərinə görə, ABŞ-da yaşayan Rəşad Acalov atasının ölümünə görə heç kimə qarşı iddiaçı olmadığını yazıb.

«O müraciətində atasının avqustun 25-də yol qəzasında vəfat etdiyini və bu qəzaya görə həbs edilən Nigar Yaqubluya qarşı heç bir iddiasının olmadığını qeyd edib, bu işə xitam verilməsini xahiş edib».

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qəzaya uğrayan avtomobilin sürücülük hüququ olmayan N.Yaqublu tərəfindən idarə olunduğu və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş verdiyi qeyd edilir.

Fakta görə Cinayət Məcəlləsinin 263.2-ci (Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Sentyabrın 10-da Nigar Yaqublu saxlanılıb. Abşeron rayon məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir.
XS
SM
MD
LG