Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:48

İctimai Palatanın üzvləri türk əsgərlərinin xatirəsini anıblar [Video]


İctimai Palata Bakının azad olunmasını qeyd etdi
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00
-
Sentyabrın 15-i İctimai Palata Bakının daşnak-bolşevik işğalından azad olunmasının 94-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında o vaxt həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anım mərasimi keçirib.

Mərasimdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, İctimai Palataya daxil olan partiya üzvləri və fəallar iştirak ediblər.

AXCP sədri Əli Kərimli deyib ki, 15 sentyabr Azərbaycan tarixinin ən önəmli bayramlarından biridir:

«Bir anlıq düşünün ki, o zaman Bakını azad etmək mümkün olmasaydı, biz nə zaman Bakını azad eləyə bilərdik? Biz o qaranlıq illərdə itirdiyimiz hansı torpaqları sonradan qaytara bildik? Məhz o zamankı böyük qələbənin nəticəsində Azərbaycan başsız, Bakısız qalmadı».

Müsavat başqanı İsa Qəmbər isə deyib ki, 94 il qabaq Bakının işğaldan azad olunmasında Türkiyə əsas rol oynadı və bu gün də Qarabağın işğaldan azad olunmasında həlledici rol oynaya bilər:

«Azərbaycan Türkiyə ilə münasibətdə sözdən əmələ keçməlidir. Bu gün Türkiyə dövlət adamlarının Azərbaycana nə qədər önəm verdiyinin şahidiyik. Azərbaycan hakimiyyəti də Türkiyənin Azərbaycan üçün nə qədər önəmli olduğunu dərk etməlidir. Amma bizim buna çox da inamımız olmadığı üçün Azərbaycanda xalqın qələbəsini təmin etməliyik».

İctimai Palatanın üzvləri daha sonra 20 Yanvar qurbanlarının məzarlarını ziyarət ediblər. Mərasim insident və polis müdaxiləsi olmadan başa çatıb.
XS
SM
MD
LG