Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:37

Hesablama Palatası Dillər Universitetində pozuntu aşkarlayıb


Hesablama Palatası Azərbaycan Dillər Universitetində maliyyə pozuntuları aşkarlayıb.

Bu barədə Palatanın sentyabrın 18-də keçirilmiş kollegiya iclasında məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Dillər Universitetinin məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurulub.

Bunları nəzərə alaraq kollegiya universitetdə aparılmış auditin nəticələri üzrə materialları Baş Prokurorluğa göndərməyi qərara alıb.

Bundan başqa aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Dillər Universitetinə müvafiq təqdimatın və Təhsil Nazirliyinə müvafiq məlumatın göndərilməsi məsələsi də təsdiq edilib.

Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov modern.az saytına deyib ki, hazırda Parisdə işgüzar səfərdə oluğundan məsələyə münasibət bildirə bilmir:

«Qayıdandan sonra Universitetdə aşkarlanan ciddi maliyyə nöqsanları ilə bağlı öz münasibətimi bildirəcəm».
XS
SM
MD
LG