Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:25

Neftçilərin orta aylıq pensiyası 347 manatdır


Arxiv foto
Arxiv foto
Azərbaycanda neftçilərin orta aylıq pensiyası 347 manat təşkil edir. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 25 min nəfərdən artıqdır. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Fond bildirir ki, 2012-ci ildə Dövlət Neft Şirkəti (ARDNŞ) ölkədə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısı olub.

«Cari ilin 8 ayı ərzində ARDNŞ tərəfindən Sosial Müdafiə Fonduna neft sahəsində çalışan sığorta olunanlar üzrə ümumilikdə 88,3 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilib».

Azərbaycanda neft sahəsində pensiyaya çıxanlar bir sıra imtiyazlara malikdirlər. Belə ki, neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar 6 il tez pensiyaya çıxmaq hüququ qazanırlar.

20 sentyabr Azərbaycanda «Neftçilər günü»dür.
XS
SM
MD
LG