Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:40

İşgəncə faktına görə Gürcüstanın daxili işlər naziri istefa verib


Georgia -- Georgia's new Interior Minister Bacho Akhalaia, attends a meeting in the parliament in Tbilisi, 03Jul2012
Georgia -- Georgia's new Interior Minister Bacho Akhalaia, attends a meeting in the parliament in Tbilisi, 03Jul2012
Gürcüstan həbsxanasında məhbusun nəzarətçilər tərəfindən zorlandığını göstərən videoya görə ölkənin daxili işlər naziri istefa verib. Bacho Akhalaia cümə axşamı deyib ki, o, Gürcüstan həbsxanalarında işgəncənin kökünü kəsə bilmədiyi üçün özünü “mənəvi və siyasi cəhətdən cavabdeh” sayır.
Video yayılandan sonra Tbilisi və digər şəhərlərdə etirazçılar Akhalaia-nin istefasını tələb ediblər. Gürcüstanın daxili işlər nazirinin müavini Eka Sguladze (xanımdır-red.) müvəqqəti olaraq daxili işlər naziri təyin olunub. Ölkənin insan haqları ombudsmanı isə çərşənbə günü istefa vermiş həbsxanalar üzrə nazirin yerinə təyin olunub.
Oktyabrın 1-də Gürcüstanda parlament seçkiləri keçiriləcək. Prezident Mikheil Saakashvilinin hakim partiyasının əsas rəqibi milyarder Bidzina Ivanishvilinin rəhbərlik etdiyi müxalifət blokudur.
XS
SM
MD
LG